Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir Təhsil 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Hamı üçün eyni şəraitin yaradılması rəqabətli qəbul sistemi ilə tam üst-üstə düşmür. Repetitorluğu ləğv etmək və ya qadağan etmək mümkün deyil. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Nazirin sözlərinə görə, nəzəri olaraq bunu etmək olar, amma praktiki olaraq onun icrası mümkün olmayan bir qərardır. “Repetitorluğun qadağan edilməsinin öyrənmə və insan inkişafı baxımından hansısa müsbət nəticə verəcəyinə inanmıram. Zaman etibarilə həlli harada görürəm? Mənə görə, ali təhsil sadəcə təhsilin növbəti pilləsidir. Kim istəyirsə, ali təhsil ala bilməlidir. Ali təhsilə qəbul çətin olmamalıdır, ali təhsili bitirmək çətin olmalıdır. Bizdə ali təhsili bitirmə ehtimalı 85-90 faizdən yuxarıdır. Yəni qəbul olunmusansa, demək olar ki, mütləq bitirəcəksən. Məhz bu 90 faizlik göstərici bizi daha çox narahat etməlidir. Mühəndis olmaq rahat proses olmamalıdır. Dünyanın heç bir yerində yaxşı mühəndis olmaq üçün rahat yol yoxdur. İnsan uğur əldə etmək üçün müəyyən çətinliklərdən keçməlidir. İstənilən peşənin ən yaxşılarından biri olmaq kifayət qədər zəhmət, tələbkarlıq və narahatlıq tələb edir”, – Emin Əmrullayev bildirib. MənbəTREND TaglarElm və Təhsil Nazirliyi (ETN)Emin Əmrullayevrepetitorluq Son xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq 22/06/2026 Digər xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026 Ümumi iqtisadi xəbərlər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə yola salınacaq 22/06/2026