Hörmüz açılandan sonra İran nefti daha ucuz qiymətə təklif olunur Neft və Qaz 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İran və ABŞ arasında müvəqqəti sülh müqaviləsinin imzalamasından sonra Hörmüz boğazından neft daşınmalarının bərpa olunması fonunda Çinə satılan İran xam neftinə tətbiq edilən endirimlərin miqdarı artıb. Treyderlərin və brokerlərin iyul ayında çatdırılacaq İran yüngül xam neftinin spot qiymətini “Brent” markalı neftin qiyməti ilə müqayisədə bir barel üçün 2,5-5 dollar arasında endirimlə təklif etdikləri bildirilir. Sülh razılaşması imzalanmadan əvvəl tətbiq edilən endirim təxminən 1 dollar idi.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Son günlərdə İranın Çabahar limanından ümumilikdə 20 milyon barel neft daşıyan ən azı 11 tankerin yola düşdüyü bildirilir. İran, həmçinin müvəqqəti razılaşma çərçivəsində ABŞ-nin dəniz blokadasının ləğv edilməsi səbəbindən təxminən 6 həftəlik fasilədən sonra əsas ixrac terminalı olan Xark adasında yükləmələri bərpa edib. “Kpler”ə görə, təxminən 121 milyon barel İran nefti hələ də Körfəzdə və ətrafında tankerlərdə gözləyir. Həmin həcmlər sülh müqaviləsindən əvvəlki həftə ilə müqayisədə 5 faiz artıb. Bunun təxminən dörddəbiri Çin sahillərində və ya Sinqapur boğazında gözləyir. İran neftinin təxminən 90 faizi Çinə ixrac olunur. Lakin daşınmalar tez-tez Malayziya mənşəli kimi yenidən etiketləndiyi üçün Çinin kağız üzərində 2022-ci ildən bəri İran xam neftini almadığı görünür. MənbəAZƏRTAC TaglarHörmüz boğazıİran nefti Son xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026 Digər xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026