Avropa Şurasının Bakı ofisinin rəhbəri Xarici İşlər Nazirliyinə çağırılıb Ölkə daxili 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 22 iyun tarixində Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 16 iyun 2016-cı il tarixli qərarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən faktiki işğal olunması, işğalçı rejimin Ermənistanın birbaşa hərbi və maliyyə dəstəyi ilə mövcudluğu təsbit edildiyi halda, hazırkı qərarda həmin ərazilərin müstəqil subyekt kimi “DQR” adlandırılmasının beynəlxalq hüquqa və məhkəmə prosedurlarına zidd olduğu bildirilib. Bundan əlavə, məhkəmənin məlum qərarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyanın istifadəsinə etiraz bildirilib. “Azərbaycanla ‘DQR’ arasında təmas xətti”, eləcə də qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələrin qərarda yer almasının keçmiş qanunsuz separatçı rejimi legitimləşdirmək cəhdi olduğu qeyd olunub. Görüş zamanı Azərbaycan Respublikasının məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb. MənbəAPA TaglarAvropa ŞurasıAzərbaycan Xarici İşlər Nazirliyi Son xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026 Digər xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026