Rüşvətə görə həbs edilən sabiq hakimə yeni hökm oxundu Ölkə daxili 22/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hökmə əsasən, Elsun Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq – təkrar törədildikdə) maddəsi ilə ittiham edilib. Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Elsun Məzahir oğlu Əhmədovun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında Elsun Əhmədov şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham elan edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, 5 il müddətə azadlıqdan məhrum edilib. Sabiq hakim məhkəmə zalında həbs olunub. Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. MənbəAPA TaglarBərdə Rayon MəhkəməsiElsun Əhmədovrüşvət Son xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026 Digər xəbərlər Ölkə xarici Qara dənizdə Türkiyəyə məxsus gəmi hücuma məruz qalıb, yaralılar var 22/06/2026 Təhsil Repetitorluğu ləğv etmək mümkün deyil – Nazir 22/06/2026 Təhsil Nazir Azərbaycan təhsil sistemindəki problemi açıqlayıb 22/06/2026 Turizm Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın idarə olunması ilə bağlı yeni qaydalar təsdiqlənib 22/06/2026