Ərəb Dövlətləri Liqası yeni baş katibini təsdiqləyib Ölkə xarici 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ərəb Dövlətləri Liqası (ƏDL) xarici işlər nazirlərinin Əmmanda keçirilən görüşündə misirli diplomat Nabil Fahmi təşkilatın yeni baş katibi vəzifəsinə təsdiqlənib. Bu barədə qurumun bəyanatında deyilir. AFP-nin məlumatına görə, Nabil Fahminin beşillik səlahiyyət müddəti iyulun əvvəlində başlayacaq. O, bu vəzifədə iki müddət ardıcıl olaraq regional bloka rəhbərlik etmiş Əhməd Əbu əl-Qeyti əvəz edəcək.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə 2013-cü ilin iyunundan 2014-cü ilin iyuluna qədər Misirin xarici işlər naziri olmuş Nabil Fahmi Ərəb Dövlətləri Liqasına rəhbərlik edən səkkizinci misirli nümayəndə olacaq. Onun namizədliyinin irəli sürülməsi ilə bağlı qərar mart ayında yekdilliklə qəbul edilib. 75 yaşlı Nabil Fahmi mart ayında bildirib ki, ərəb ölkələrinin torpaqlarının “uzunmüddətli işğalı” və “beynəlxalq hüququn kobud şəkildə pozulması” fonunda bu vəzifə “böyük məsuliyyət” daşıyır. O, hansı ölkələri nəzərdə tutduğunu dəqiqləşdirməyib. Son xəbərlər Neft və Qaz İran Azərbaycanla qaz əməkdaşlığını genişləndirməyə hazırdır – Nazir müavini 23/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda IT şirkətinin xalis mənfəəti 78% azalıb 23/06/2026 Ölkə xarici İran ABŞ-nin 12 mlrd. dollarlıq aktivləri blokdan çıxarmağa hazır olduğunu bildirib 23/06/2026 Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar 23/06/2026 Digər xəbərlər Neft və Qaz İran Azərbaycanla qaz əməkdaşlığını genişləndirməyə hazırdır – Nazir müavini 23/06/2026 Yerli biznes xəbərləri Azərbaycanda IT şirkətinin xalis mənfəəti 78% azalıb 23/06/2026 Ölkə xarici İran ABŞ-nin 12 mlrd. dollarlıq aktivləri blokdan çıxarmağa hazır olduğunu bildirib 23/06/2026 Xameneinin dəfninə görə uçuşları məhdudlaşdıracaqlar 23/06/2026