Bitcoin və Ethereum ucuzlaşır Kripto valyutalar 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Kapitallaşmaya görə ilk iki kriptovalyuta olan Bitcoin və Ethereum dəyər itirir. Bunu Binance platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 05:49-a olan məlumata görə, Bitcoin-in məzənnəsi 1,02% azalaraq 63,944 min dollara düşüb. Ethereum isə 1,24% ucuzlaşaraq 1,723 min dollar səviyyəsində ticarət olunub.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə CoinMarketCapnın 23 iyun tarixli məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,19 trilyon dollar təşkil edib. Bunun 1,28 trilyon dolları və ya 58,2%-i bitkoinin, 207,89 milyard dolları və ya 9,5%-i Ethereum-un payına düşür. CoinGlassın məlumatına görə, son 24 saat ərzində dünya üzrə kriptobirjalarda 85 mindən çox treyderin ümumilikdə 320,55 milyon dollar dəyərində mövqeyi məcburi bağlanıb (likvidasiya olunub). Likvidasiyaların böyük hissəsi Bitcoin üzrə qeydə alınıb. Likvidasiya olunan mövqelərin 205,85 milyon dolları qiymət artımına hesablanmış uzun (long), 114,8 milyon dolları isə qiymət enişinə hesablanmış qısa (short) mövqelərin payına düşüb. Son sutkada ən böyük likvidasiya əmri Binance birjasında BTC/USDT cütlüyü üzrə qeydə alınıb və onun həcmi 6,64 milyon dollar təşkil edib. Son xəbərlər Qeyri-bank kredit təşkilatları 23/06/2026 İnvestisiya “SpaceX” səhmləri 16% ucuzlaşıb 23/06/2026 Ölkə xarici Tramp: İranın nüvə proqramının qarşısını almaq iqtisadi depressiya riskindən daha vacibdir 23/06/2026 Ölkə xarici Ərəb Dövlətləri Liqası yeni baş katibini təsdiqləyib 23/06/2026 Digər xəbərlər Qeyri-bank kredit təşkilatları 23/06/2026 İnvestisiya “SpaceX” səhmləri 16% ucuzlaşıb 23/06/2026 Ölkə xarici Tramp: İranın nüvə proqramının qarşısını almaq iqtisadi depressiya riskindən daha vacibdir 23/06/2026 Ölkə xarici Ərəb Dövlətləri Liqası yeni baş katibini təsdiqləyib 23/06/2026