Bakıda azyaşlının motosikletlə hərəkət etməsi müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, Suraxanı rayonu ərazisində - Aeroport yolunda motosikletdə sərnişin qismində əyləşən azyaşlı qızın heç bir təhlükəsizlik vasitəsindən istifadə etməməsi narahatlığa səbəb olub. Saatda 80 kilometr sürətlə hərəkət edən motosikletdə uşağın bu formada daşınması ciddi qayda pozuntusu olmaqla yanaşı, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb. Qeyd edək ki, son vaxtlar ölkədə motosikletlərin iştirakı ilə qəzaların sayı xeyli artıb. Bu nəqliyyat vasitəsindən istifadə edən sürücü və sərnişinlərin təhlükəsizlik tələblərinə əməl etməməsi bəzi hallarda ağır nəticələrə gətirib çıxarır.