Mərkəzi Bankda “səssizlik həftəsi” – İdarə Heyəti n qərar verəcək? Digər xəbərlər 23/06/2026 Azərbaycan Mərkəzi Bankının H.Əliyev prospektindəki yeni binası FOTO: AMB Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı iyunun 24-də növbəti faiz qərarını açıqlamağa hazırlaşır və sabah saat 11:00-da press-reliz şəkilində yayımlanacaq. Banker.az xəbər verir ki, AMB sonuncu dəfə cari ilin ilk iclasında faiz dərəcələrini 25 baza bəndi endirsə də, regiondakı geosiyasi gərginlikləır fonunda növbəti iki iclasda gözləmə mövqeyinə keçib. Hazırda Mərkəzi Bank faiz siyasətində uçot faiz dərəcəsini 6.5 faiz, faiz fəhlizinin aşağə həddini (depozit) 5.5 faiz, yuxarı (kredit) həddini isə 7.5 faizdə saxlayır. AMB-nin özünün də təsdiqlədiyi kimi bu əslində sərt pul siyasəti olsa da, hazırkı qiymətlərə təziyiq fonunda neytral mövqe sayılır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İnflyasiya son aylarda gözlənildiyi kimi aşağı düşmək əvəzinə yenidən yüksəliş meyli nümayiş etdirib. Dövlət Statistika Komitəsinin məlumatına görə, illik inflyasiya may ayında 5.5%-dən 5.6%-ə yüksəlib. Bu göstərici hələ də Mərkəzi Bankın 2%-6% hədəf diapazonunda qalsa da, fevral və may aylarında inflyasiya proqnozlarının ardıcıl olaraq yuxarı istiqamətdə yenilənməsi qiymət təzyiqlərinin tam səngimədiyini göstərir. AMB-nin son may proqnozuna görə, inflyasiyanın əhəmiyyətli hissəsinin təklif amilləri hesabına formalaşacağı gözlənilir. Bununla belə, son ayda iqtisadi aktivliklə bağlə bəzi məqamlar qalır. ÜDM-in may ayında illik ifadədə 0.0% səviyyəsində qalması daxili tələbin əvvəlki dövrlərlə müqayisədə daha məhdud artdığını göstərir. Digər tərəfdən xarici sektor göstəriciləri son aylarda əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi illik müqayisədə 10.1% artsa da, daha diqqətçəkən məqam ölkənin xarici ticarət balansında (cari əməliyyatlar balansında əsas hissə) 7 mlrd. Dollar qalığın yaranmasıdır. Bu göstərici birinci rübdə qeydə alınan 1.4 mlrd. dollarlıq saldonu əhəmiyyətli dərəcədə üstələyir. Son aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətli artımı, valyuta bazarında təklif artıqlığının yaranması və hətta alışyönlü müdaxilələrin həyata keçirilməsinə səbəb olub. Bütün bu amillər nəzərə alındıqda, Azərbaycan Mərkəzi Bankının iyunun 24-də keçiriləcək iclasda uçot dərəcəsini 6.5% səviyyəsində dəyişməz saxlayacağı ehtimalı yüksək görünür. Son xəbərlər Xarici xəbərlər Almaniya genişmiqyaslı pensiya islahatına başlayır — pensiya yaşı artırılacaq 23/06/2026 Türkmənistan Prezidenti Füzulidə səfərdədir 23/06/2026 Analitika Çin süni intellekt sahəsində yeni sıçrayışın astanasındadır 23/06/2026 İnvestisiya Palladium fyuçerslərinin qiyməti 1 277,5 dollara yüksəlib 23/06/2026 Digər xəbərlər Xarici xəbərlər Almaniya genişmiqyaslı pensiya islahatına başlayır — pensiya yaşı artırılacaq 23/06/2026 Türkmənistan Prezidenti Füzulidə səfərdədir 23/06/2026 Analitika Çin süni intellekt sahəsində yeni sıçrayışın astanasındadır 23/06/2026 İnvestisiya Palladium fyuçerslərinin qiyməti 1 277,5 dollara yüksəlib 23/06/2026