Almaniya genişmiqyaslı pensiya islahatına başlayır — pensiya yaşı artırılacaq Xarici xəbərlər 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Kansler Fridrix Mertsin hökuməti pensiya sisteminin kompleks islahatını dəstəkləməyə hazırlaşır. Bloomberg agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, hökumət komissiyası pensiya yaşının mərhələli şəkildə artırılmasını, əməkhaqqının 2%-i həcmində əlavə ödənişin tətbiqini və vaxtından əvvəl pensiyaya çıxma qaydalarının sərtləşdirilməsini təklif edib. Komissiya islahatla bağlı tövsiyələrin yer aldığı sənədi çərşənbə axşamı təqdim edəcək. Bundan sonra kansler Fridrix Merts və maliyyə naziri Lars Klinqbayl parlamentin yay tətilinə çıxacağı iyul ayınadək islahatlar paketini Nazirlər Kabinetində təsdiqləməyi planlaşdırırlar.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə İslahat eyni anda bir neçə istiqaməti əhatə edəcək. Almaniya vətəndaşları vergilər tutulmazdan əvvəl əməkhaqlarının 2%-i həcmində əlavə pensiya ödənişi etməli olacaqlar. Bu vəsait pensiyanın maliyyə bazarlarında formalaşdırılan yığım komponentinə yönəldiləcək. Bundan əlavə, hakimiyyət pensiya yaşını tədricən artırmağı planlaşdırır. Bəzi mənbələrdə yaş həddinin 70-ə qədər yüksəldilə biləcəyi bildirilir. Lakin artımın konkret müddətləri və mərhələləri hələ açıqlanmayıb. Vaxtından əvvəl pensiyaya çıxma qaydaları da sərtləşdiriləcək. Komissiya bu dəyişikliklərin təfərrüatlarını cari həftə ərzində açıqlayacaq. Merts 2025-ci il mayın 6-da Bundestaqda keçirilən səsvermədən sonra kansler olub. Xristian Demokrat İttifaqının lideri ikinci cəhddə tələb olunan 316 səsə qarşı 325 səs toplayıb. Bundan sonra prezident Frank-Valter Ştaynmayer onun namizədliyini rəsmən təsdiqləyib. Merts daha əvvəl almanların əməyə münasibətini dəfələrlə tənqid edib və belə yanaşma ilə ölkənin rifahını qorumağın mümkün olmadığını bildirib. Pensiya islahatı Avropa İttifaqında iqtisadi böhranın davam etdiyi bir dövrdə həyata keçirilir. Almaniya ciddi demoqrafik çağırışlarla üzləşir: əhali qocalır, pensiya sisteminin üzərinə düşən yük isə artır. Hakimiyyət yığım elementinin tətbiqinin və pensiya yaşının yüksəldilməsinin sistemi sabitləşdirməyə kömək edəcəyinə ümid edir. TaglarAlmaniya Son xəbərlər Digər xəbərlər Mərkəzi Bankda “səssizlik həftəsi” – İdarə Heyəti n qərar verəcək? 23/06/2026 Türkmənistan Prezidenti Füzulidə səfərdədir 23/06/2026 Analitika Çin süni intellekt sahəsində yeni sıçrayışın astanasındadır 23/06/2026 İnvestisiya Palladium fyuçerslərinin qiyməti 1 277,5 dollara yüksəlib 23/06/2026 Digər xəbərlər Digər xəbərlər Mərkəzi Bankda “səssizlik həftəsi” – İdarə Heyəti n qərar verəcək? 23/06/2026 Türkmənistan Prezidenti Füzulidə səfərdədir 23/06/2026 Analitika Çin süni intellekt sahəsində yeni sıçrayışın astanasındadır 23/06/2026 İnvestisiya Palladium fyuçerslərinin qiyməti 1 277,5 dollara yüksəlib 23/06/2026