Sabunçu rayonunda ağacdan yıxılan şəxs ölüb. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 18-i baş verib. Qəsəbə sakini 1955-ci il təvəllüdlü Yamil Məmmədov ağacdan yıxılaraq ağır xəsarət alıb. O, iyunun 22-si xəstəxanada ölüb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.