Sədr: “Turizmdə uğur artıq turist sayı ilə ölçülmür” Turizm 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələrində yaşıl turizm” mövzusunda beynəlxalq konfransda deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda turizm sahəsində uğurun qiymətləndirilməsi meyarları dəyişir: “Azərbaycanın əsas məqsədi isə zəngin təbii və mədəni irsi yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir”. Sədr qeyd edib ki, Dövlət Turizm Agentliyi tərəfindən dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atılır: “Bu çərçivədə təbiət əsaslı turizm marşrutlarının inkişafı, həmçinin ekoturizm və aqroturizm istiqamətlərinin genişləndirilməsi prioritetlər sırasındadır. Qlobal iqlim dəyişiklikləri fonunda turizm sektorunun gələcəyi sağlam ətraf mühitin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadədən və dayanıqlı inkişaf prinsiplərinin tətbiqindən asılıdır”. Son xəbərlər Əsas məlumatlar Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir 23/06/2026 Ölkə daxili Azərbaycanda 2 500 manatadək yeni cərimələr müəyyənləşir 23/06/2026 Digər xəbərlər Mərkəzi Bankda “səssizlik həftəsi” – İdarə Heyəti nə qərar verəcək? 23/06/2026 Xarici xəbərlər Almaniya genişmiqyaslı pensiya islahatına başlayır — pensiya yaşı artırılacaq 23/06/2026 Digər xəbərlər Əsas məlumatlar Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir 23/06/2026 Ölkə daxili Azərbaycanda 2 500 manatadək yeni cərimələr müəyyənləşir 23/06/2026 Digər xəbərlər Mərkəzi Bankda “səssizlik həftəsi” – İdarə Heyəti nə qərar verəcək? 23/06/2026 Xarici xəbərlər Almaniya genişmiqyaslı pensiya islahatına başlayır — pensiya yaşı artırılacaq 23/06/2026