Xarici valyutanın ölkəyə qaytarılmamasına görə cərimə dəyişir Maliyyə xəbərləri 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq. Banker.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qüvvədə olan qanuna əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Layihəyə əsasən, “dispozisiyadan “az miqdarda” sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azat etmə halı müəyyənləşir. Başqa sözlə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı barəsində icraat aparılan şəxs inzibati xəta haqqında iş üzrə məhkəmə və ya digər səlahiyyətli orqan (vəzifəli şəxs) qərar qəbul edənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytardıqda inzibati məsuliyyətdən azad ediləcək. Son xəbərlər Ölkə daxili Azərbaycanda bu torpaqların bölünməsinə məhdudiyyət qoyulur 23/06/2026 Turizm Sədr: “Turizmdə uğur artıq turist sayı ilə ölçülmür” 23/06/2026 Əsas məlumatlar Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir 23/06/2026 Ölkə daxili Azərbaycanda 2 500 manatadək yeni cərimələr müəyyənləşir 23/06/2026 Digər xəbərlər Ölkə daxili Azərbaycanda bu torpaqların bölünməsinə məhdudiyyət qoyulur 23/06/2026 Turizm Sədr: “Turizmdə uğur artıq turist sayı ilə ölçülmür” 23/06/2026 Əsas məlumatlar Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir 23/06/2026 Ölkə daxili Azərbaycanda 2 500 manatadək yeni cərimələr müəyyənləşir 23/06/2026