Hindistan Rusiyadan neft və kömür idxalını rekord səviyyədə artırıb Ölkə xarici 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Hindistan İrandakı münaqişə fonunda tədarük problemləri və qiymət artımı səbəbindən Rusiyadan neft və kömür alışını artırır. Bu barədə “Kpler” şirkətinin məlumatlarına istinadən “Reuters” məlumat verib. “Kpler”in qiymətləndirməsinə görə, Rusiyadan Hindistana neft tədarükü iyunda sutkada 2,55 milyon barelə çatacaq. Bu göstərici may ayında 2,13 milyon barel, 2023-cü ilin mayında isə 2,16 milyon barel olub. Beləliklə, iyun göstəricisi tarixi rekord olacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Rusiyanın Hindistanın ümumi neft idxalındakı payı iyunda təxminən 50%-ə yaxınlaşacaq. Müqayisə üçün, Yaxın Şərqdə münaqişə başlamazdan əvvəlki üç ayda bu göstərici orta hesabla 23% təşkil edirdi. Hindistanın Rusiya neftinə yönəlməsi ABŞ prezidenti Donald Tramp administrasiyasının bazarda təklifi artırmaq məqsədilə Rusiya neftinin alınmasına tətbiq olunan sanksiyalara müvəqqəti istisna verməsindən sonra baş verib. Bu qərar İranın Hörmüz boğazından keçidi faktiki olaraq bağlamasından sonra qəbul edilmişdi. İstisnanın müddəti iyunun 17-də başa çatıb və ABŞ Maliyyə Nazirliyi tərəfindən uzadılmayıb. Agentliyin qeyd etdiyi kimi, bu amil gələcəkdə Rusiya neftinin idxalının azalmasına səbəb ola bilər. Lakin dinamika Hindistan neft emalı zavodlarının və hökumətinin yenidən Yaxın Şərq ölkələrindən tədarükə qayıtmaq istəyindən asılı olacaq. “Kpler”in proqnozuna görə, Səudiyyə Ərəbistanından neft idxalı iyunda sutkada 349 min barel olacaq. Münaqişədən əvvəlki üç ayda isə bu göstərici orta hesabla 832 min barel idi. Rusiyadan kömür idxalı da yüksək səviyyədə qalır. İyunda Hindistanın bütün markalar üzrə 3,16 milyon ton Rusiya kömürü idxal edəcəyi gözlənilir. May ayında bu göstərici 3,27 milyon ton olub. Hər iki nəticə ötən ilin mayında qeydə alınan 3,76 milyon tondan sonra tarixdə ikinci və üçüncü ən yüksək göstəricilərdir. “Reuters”in məlumatına görə, iyunda Rusiya kömür tədarükünün həcminə görə Avstraliyanı geridə qoyaraq Hindistanın ikinci ən böyük təchizatçısına çevriləcək. Hindistan isə Çindan sonra dünyanın ikinci ən böyük kömür idxalçısıdır. Agentlik hesab edir ki, Rusiya yaxın perspektivdə Hindistanın əsas kömür təchizatçılarından biri olaraq qalacaq. Neft idxalının gələcəyi isə Vaşinqtonun Moskvaya qarşı sanksiya siyasətini sərtləşdirib-sərtləşdirməyəcəyindən asılı olacaq. Son xəbərlər Ölkə daxili Bakı Zooparkı ləğv edilərək yeni quruma birləşdirilir 23/06/2026 Bank xəbərləri Silahlı Qüvvələrimiz üçün xüsusi kredit 23/06/2026 Ölkə daxili Bu qaydanı pozanlar cərimələnəcək – 7 min manatadək 23/06/2026 Lizinq xəbərləri Azərbaycanda lizinq şirkəti BOKT yaratdı 23/06/2026 Digər xəbərlər Ölkə daxili Bakı Zooparkı ləğv edilərək yeni quruma birləşdirilir 23/06/2026 Bank xəbərləri Silahlı Qüvvələrimiz üçün xüsusi kredit 23/06/2026 Ölkə daxili Bu qaydanı pozanlar cərimələnəcək – 7 min manatadək 23/06/2026 Lizinq xəbərləri Azərbaycanda lizinq şirkəti BOKT yaratdı 23/06/2026