Süni intellekt platforması “ChatGPT”nin rəsmi instaqram hesabında edilən paylaşım diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi keçi (GOAT) təsviri ilə əvəzlənmiş futbolçu görüntüsü yer alıb. Paylaşımın şərh bölməsində bir çox istifadəçi görüntünün Messi üçün hazırlandığını və onun bütün zamanların ən yaxşı futbolçusu olduğu yazılıb. Lakin paylaşım xüsusilə Lionel Messi və Kriştiaunu Ronaldo azarkeşləri arasında geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhifəni izləmədən çıxardıqlarını, bəziləri isə “ChatGPT”nin futbolu bildiyinə dair şərhlər yazıblar. Qeyd edək ki, “GOAT” ifadəsi ingiliscə “Greatest Of All Time” yəni “bütün dövrlərin ən böyüyü” mənasını daşıyır və idman tarixinin ən böyük simalarına istinad etmək üçün paylaşılır. Xatırladaq ki, Messi DÇ-2026-da Avstriya ilə keçirilən oyunda dubl edib. Nəticədə Argentina millisi 2:0 hesablı qələbə qazanıb.