Süni intellekt platforması “ChatGPT”nin rəsmi instaqram hesabında edilən paylaşım diqqət çəkib. “Qafqazinfo” xəbər verir ki, paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi keçi (GOAT) təsviri ilə əvəzlənmiş futbolçu görüntüsü yer alıb. Paylaşımın şərh bölməsində bir çox istifadəçi bunun Messiyə tərif olaraq hazırlandığını qeyd edib. Bəzi istifadəçilər “səhifəni izləmədən çıxarıram” bəziləri isə “ChatGPT” futbolu bilir“ kimi şərhlər yazıblar. Bununla da Messi və Kriştianu Ronaldo azarkeşləri arasında mübahisələr yaranıb. Qeyd edək ki, “GOAT” ifadəsi ingiliscə “Greatest Of All Time” yəni “bütün dövrlərin ən böyüyü” mənasını daşıyır və idman tarixinin ən böyük simalarına istinad etmək üçün paylaşılır. Xatırladaq ki, Messi DÇ-2026-da Avstriya ilə keçirilən oyunda dubl edib. Nəticədə Argentina millisi 2:0 hesablı qələbə qazanıb.