Azərbaycanın xaricə satdığı polietilenin qiyməti ucuzlaşıb Ümumi iqtisadi xəbərlər 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan ilkin formalı polietilen ixracı əhəmiyyətli dərəcədə artıb. Banker.az xəbər verir ki, hesabat dövründə ölkədən 40.59 min ton polietilen ixrac olunub və bunun dəyəri 42.53 mln. dollar təşkil edib. Ötən ilin eyni dövründə isə ixrac 24.79 min ton, dəyəri isə 29.87 mln. dollar olmuşdu.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Beləliklə, polietilen ixracının həcmi illik müqayisədə 63.7%, ixrac gəlirləri isə 42.4% artıb. Hesablamalara əsasən, 2026-cı ilin ilk 4 ayında ixrac olunan polietilenin orta qiyməti hər ton üçün 1 047 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1 205 dollar olub. Nəticədə orta ixrac qiyməti illik müqayisədə 13.1% azalıb. Cari ilin ilk 4 ayında Azərbaycanın ən böyük polietilen bazarı Rusiya olub. Bu ölkəyə 24.40 min ton məhsul ixrac edilib ki, bu da ümumi ixracın təxminən 60%-nə bərabərdir. Türkiyəyə 8.91 min ton, Ukraynaya 4.58 min ton, Qazaxıstana 1.56 min ton məhsul göndərilib. Taglarpolietilen Son xəbərlər Xarici biznes xəbərləri “Oracle” süni intellektin tətbiqi fonunda 21 min əməkdaşı ixtisar edib 23/06/2026 Ölkə daxili Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 23/06/2026 Ölkə xarici Litva prezidenti hökumətin istefasını qəbul edib 23/06/2026 Menecement (təyinatlar) Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib 23/06/2026 Digər xəbərlər Xarici biznes xəbərləri “Oracle” süni intellektin tətbiqi fonunda 21 min əməkdaşı ixtisar edib 23/06/2026 Ölkə daxili Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 23/06/2026 Ölkə xarici Litva prezidenti hökumətin istefasını qəbul edib 23/06/2026 Menecement (təyinatlar) Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib 23/06/2026