“Oracle” süni intellektin tətbiqi fonunda 21 min əməkdaşı ixtisar edib Xarici biznes xəbərləri 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Oracle” korporasiyası son maliyyə ili ərzində dünya üzrə 21 min əməkdaşını ixtisar edib. Bu, ABŞ şirkətinin ümumi işçi heyətinin təxminən 13%-nə bərabərdir. Şirkətin ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim etdiyi hesabatda bildirilir ki, “həyata keçirilən və planlaşdırılan ixtisarlar süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqədardır”.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hesabata görə, 2026-cı il mayın 31-nə Oracle-da təxminən 141 min nəfər çalışıb. Onlardan 49 mini ABŞ-də, qalanları isə digər ölkələrdə işləyib. Bir il əvvəl şirkətin əməkdaşlarının sayı təxminən 162 min nəfər olub. Restrukturizasiya çərçivəsində kompensasiyaların ödənilməsi və digər xərclərin qarşılanmasına “Oracle” il ərzində təxminən 1,8 milyard dollar sərf edib. Şirkət xəbərdarlıq edib ki, restrukturizasiya müəyyən vəzifələr üzrə ixtisaslı kadr çatışmazlığına, məhsuldarlığın azalmasına və nəticədə maliyyə göstəricilərinin zəifləməsinə səbəb ola bilər. Ümumilikdə, süni intellektə iri həcmli investisiyalar fonunda bir çox texnologiya nəhəngi işçi sayını azaldır. Belə ki, “Amazon” 2025-ci ilin sentyabrından bəri 30 min, “Dell” təxminən 11 min, IBM təxminən 9 min, “Meta” (Meta Platforms) isə təxminən 8 min əməkdaşını ixtisar edib. Son xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanın xaricə satdığı polietilenin qiyməti ucuzlaşıb 23/06/2026 Ölkə daxili Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 23/06/2026 Ölkə xarici Litva prezidenti hökumətin istefasını qəbul edib 23/06/2026 Menecement (təyinatlar) Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib 23/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanın xaricə satdığı polietilenin qiyməti ucuzlaşıb 23/06/2026 Ölkə daxili Azərbaycan və Türkmənistan prezidentləri Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar 23/06/2026 Ölkə xarici Litva prezidenti hökumətin istefasını qəbul edib 23/06/2026 Menecement (təyinatlar) Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib 23/06/2026