AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb Nəqliyyat 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması ilə bağlı elan etdiyi tenderə yekun vurub. Banker.az xəbər verir ki, tenderin qalibi “STP-BTECH” MMC seçilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Qalib şirkətlə 29.42 milyon manat dəyərində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur. Layihə çərçivəsində ölkə üzrə yol hərəkətinin təşkili və təhlükəsizliyinin artırılması məqsədilə yol nişanlarının, məlumat lövhələrinin, təhlükəsizlik sədlərinin və digər yol infrastruktur elementlərinin alınması, quraşdırılması, təmiri və texniki xidməti həyata keçiriləcək. Satınalma çərçivəsində əsasən aşağıdakı işlərin görülməsi nəzərdə tutulur: İş və ya məhsul Miqdar Məlumat lövhələri (alüminium) 10 121 m² Alüminium nişanlar 2 450.85 m² Dəmir sinkli nişanlar 2 779.25 m² Alüminium dirəklər 21 845 m Təhlükəsizlik səddi H2 10 000 m Nişan montajı 19 968 ədəd Dirək montajı 15 362 ədəd Delinatorlar 1 129 ədəd Sürət məhdudlaşdırıcı süni maneələr 100 ədəd Velosiped zolağı sədləri 100 ədəd Piyada istiqamət göstərici lövhələri 194 ədəd Bundan əlavə, mövcud yol nişanlarının və dirəklərinin sökülməsi, yerinin dəyişdirilməsi, təmiri, eləcə də müxtəlif növ yol avadanlıqlarına texniki baxış və xidmətlərin göstərilməsi də satınalma predmetinə daxildir. Son xəbərlər Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Texnologiya xəbərləri 2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb 23/06/2026 Neft və Qaz Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib 23/06/2026 Nəqliyyat ADY Çindən 4 yeni sərnişin lokomotivi alır 23/06/2026 Digər xəbərlər Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Texnologiya xəbərləri 2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb 23/06/2026 Neft və Qaz Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib 23/06/2026 Nəqliyyat ADY Çindən 4 yeni sərnişin lokomotivi alır 23/06/2026