2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb Texnologiya xəbərləri 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram 2026-cı ilin əvvəlindən bəri robototexnika sahəsində fəaliyyət göstərən startaplar 18,8 milyard dollar investisiya cəlb ediblər ki, bu da 2025-ci ilin bütün nəticəsini (15 milyard dollar) üstələyib. Bu barədə “Crunchbase” məlumat yayıb. Ənənəvi olaraq yüksək riskli və kapital tutumlu hesab olunan robototexnika sektoru hazırda süni intellekt bumunun əsas benefisiarlarından birinə çevrilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Maliyyələşdirmə həcmlərinin artımı ABŞ, Avropa və Çindən olan şirkətlərin iri investisiya raundları hesabına təmin olunub. 2026-cı ildə ən böyük investisiyanı “Saronic” cəlb edib. Ostində yerləşən müdafiə texnologiyaları startapı suüstü və sualtı pilotsuz aparatların istehsalı ilə məşğuldur. Şirkət mart ayında 9,25 milyard dollar dəyərləndirmə ilə 1,75 milyard dollar investisiya əldə edib. Daha bir robototexnika şirkəti olan “Skild AI” yanvar ayında 1,4 milyard dollarlıq investisiya raundunu bağlayıb. Şirkət müxtəlif robotlar və tapşırıqlar üçün “universal beyin” hazırlayır. İnvestorlar arasında “NVIDIA Ventures” da yer alıb. Startapın dəyəri 14 milyard dollara çatır. Almaniyanın “NEURA Robotics” şirkəti isə robotların real şəraitdə öyrədilməsi və qarşılıqlı əlaqəsi üçün süni intellekt həlləri hazırlayır. Şirkət iyunun əvvəlində 1,4 milyard dollar investisiya cəlb edib. İnvestorlardan biri “Tether” olub. Maliyyələşdirmə həcminə görə liderlər sırasında Çinin “Shihang Intelligent” startapı da yer alıb. Şirkət “su robotları” və dəniz pilotsuz aparatları hazırlayır. İyun ayında Çin fondlarından 1 milyard dollar investisiya alıb. “Crunchbase” Qərb bazarında diqqət çəkən oyunçulardan biri kimi “Apptronik” şirkətini də göstərir. Süni intellektlə idarə olunan humanoid robotlar hazırlayan startap fevral ayında əlavə 520 milyon dollar investisiya cəlb edib. Bununla da A seriyalı raund üzrə ümumi maliyyələşmə 935 milyon dolları ötüb. İnvestorlar arasında “Google”, “Mercedes-Benz”, “Peak6″ və “AT&T Ventures” var. ABŞ-nin digər layihəsi olan “Mind Robotics” isə “Rivian” şirkətindən ayrılaraq müstəqil fəaliyyətə başlayıb. Şirkət sənaye müəssisələrinin robotlaşdırılması üçün süni intellekt platforması hazırlayır və 2026-cı ilin əvvəlindən iki investisiya raundunda müvafiq olaraq 500 milyon və 400 milyon dollar vəsait cəlb edib. Əsas investorlar sırasında “Accel”, “Andreessen Horowitz” və “Kleiner Perkins” yer alır. Son xəbərlər Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Neft və Qaz Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib 23/06/2026 Nəqliyyat ADY Çindən 4 yeni sərnişin lokomotivi alır 23/06/2026 Digər xəbərlər Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Neft və Qaz Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib 23/06/2026 Nəqliyyat ADY Çindən 4 yeni sərnişin lokomotivi alır 23/06/2026