Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib Neft və Qaz 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram İyulun 23-də Bakı vaxtı ilə saat 13:41-ə olan məlumata görə, Londonun ICE birjasında Brent markalı neftin avqust fyuçersləri 0,61% ucuzlaşaraq bir barel üçün 77,05 dollar təşkil edib. Həmin vaxt Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyul fyuçersləri də 0,5% azalaraq bir barel üçün 73,49 dollara düşüb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Neft qiymətləri əvvəlki gün müşahidə olunan enişdən sonra çərşənbə axşamı da mülayim şəkildə aşağı düşməkdə davam edib. İyunun 22-də ABŞ-nin İran nefti ilə əməliyyatlara 60 günlük icazə verməsi xəbərlərindən sonra Brent və WTI markaları üzrə qiymətlər 3%-dən çox geriləmişdi. Bunun fonunda Hörmüz boğazı vasitəsilə xammal daşımalarının həcmi tədricən bərpa olunmağa başlayıb. İyunun 18-də ABŞ və İran arasında Hörmüz boğazının açılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalanıb. Lakin iyunun 20-də İran İsrailin Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq dəniz dəhlizini yenidən bağlayıb. İyunun 22-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens bölgədə gəmiçiliyin tam bərpa olunduğunu bəyan edib. Onun sözlərinə görə, boğazın açılması artıq neft və qaz qiymətlərinə təsir göstərib. Son xəbərlər Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Texnologiya xəbərləri 2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb 23/06/2026 Nəqliyyat ADY Çindən 4 yeni sərnişin lokomotivi alır 23/06/2026 Digər xəbərlər Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Texnologiya xəbərləri 2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb 23/06/2026 Nəqliyyat ADY Çindən 4 yeni sərnişin lokomotivi alır 23/06/2026