ADY Çindən 4 yeni sərnişin lokomotivi alır Nəqliyyat 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Banker.az ADY-yə istinadən xəbər verir ki, müqavilə səhmdar cəmiyyəti nümayəndə heyətinin Çinə işgüzar səfərdə çərçivəsində ADY sədri Rövşən Rüstəmovun Çin şirkətinin rəhbəri Çen Çjisinlə görüşündə imzalanıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata görə, lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək. Görüşdə ADY-nin lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən “CRRC Ziyang” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir. Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq. Son xəbərlər Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Texnologiya xəbərləri 2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb 23/06/2026 Neft və Qaz Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib 23/06/2026 Digər xəbərlər Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Şəxsi psixoloq Prokrastinasiyaya qarşı “həb”: Süni intellekt işə daha tez başlamağa kömək edir 23/06/2026 Texnologiya xəbərləri 2026-cı ildə robototexnika startaplarına investisiyaların həcmi rekord 18,8 mlrd. dollara çatıb 23/06/2026 Neft və Qaz Brent neftinin qiyməti bir barel üçün 77,05 dollara enib 23/06/2026