Oman və İran Hörmüz boğazının idarə olunması mexanizmini müzakirə edəcək Ölkə xarici 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, o cümlədən gəmilərə göstərilən xidmətlərin dəyərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək üçün birgə işçi qrup yaratmaq barədə razılığa gəliblər. Bu barədə İran nümayəndə heyətinin Məsqətə səfərinin yekunlarına dair iki ölkənin birgə bəyanatında bildirilir. Omanın Xarici İşlər Nazirliyi tərəfindən dərc olunan sənəddə qeyd edilir ki, tərəflər “Hörmüz boğazında gəmiçiliyin gələcək idarə olunması, göstərilən xidmətlər və bununla bağlı xərclər üzrə beynəlxalq standartlara uyğun razılaşmaya nail olmaq məqsədilə” birgə işçi qrup çərçivəsində dialoqu davam etdirmək barədə razılığa gəliblər.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məsqət və Tehran bu məsələ ilə bağlı regionun digər sahilyanı dövlətləri və maraqlı tərəflərlə də məsləhətləşmələr aparmaq niyyətində olduqlarını bildiriblər. Tərəflər vurğulayıblar ki, gələcəkdə əldə olunacaq hər hansı razılaşma Hörmüz boğazındakı ərazi suları üzərində Oman və İranın suveren hüquqlarına tam hörmət etməlidir. Son xəbərlər Bank xəbərləri Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş 23/06/2026 FinTex Mərkəzi Bank “Global İnnovations” və “United Payment” barəsində məcburi göstəriş verib 23/06/2026 Yerli biznes xəbərləri NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb 23/06/2026 Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Digər xəbərlər Bank xəbərləri Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş 23/06/2026 FinTex Mərkəzi Bank “Global İnnovations” və “United Payment” barəsində məcburi göstəriş verib 23/06/2026 Yerli biznes xəbərləri NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb 23/06/2026 Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026