Mərkəzi Bank “Global İnnovations” və “United Payment” barəsində məcburi göstəriş verib FinTex 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı iki ödəniş təşkilatı “Global İnnovations” MMC və “United Payment” MMC barəsində məcburi göstəriş verib. Banker.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən “Global İnnovations” MMC-yə icrası məcburi olan göstəriş verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, buna səbəb Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə müəyyən edilmiş məcmu kapitalın minimum miqdarına dair tələbin, eləcə də digər normativ tələblərin pozulması olub. Göstəriş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən verilib. Eyni zamanda, Mərkəzi Bank tərəfindən “United Payment” MMC-də aparılan yerində yoxlama zamanı aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halları aşkar edilib. Bununla əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunun 63.1-ci maddələrinə əsasən şirkətə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə icrası məcburi olan göstərişlər verilib. Son xəbərlər Ölkə xarici Oman və İran Hörmüz boğazının idarə olunması mexanizmini müzakirə edəcək 23/06/2026 Bank xəbərləri Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş 23/06/2026 Yerli biznes xəbərləri NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb 23/06/2026 Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026 Digər xəbərlər Ölkə xarici Oman və İran Hörmüz boğazının idarə olunması mexanizmini müzakirə edəcək 23/06/2026 Bank xəbərləri Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş 23/06/2026 Yerli biznes xəbərləri NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb 23/06/2026 Nəqliyyat AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb 23/06/2026