Kimlərə əmək müqaviləsi bağladıqdan sonra altı ay keçmədən də məzuniyyət verilir? Ölkə daxili 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Qanunvericiliyə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra yaranır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bildirilib ki, bir sıra kateqoriyalardan olan işçilər var ki, onlar işin birinci ili üçün əmək məzuniyyəti hüququndan əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan, yəni altı ay müddət gözləmədən istifadə edə bilər. Həmin işçilərin sırasına · əlilliyi olan şəxslər, · on səkkiz yaşına çatmamış işçilər, · qadınlar (hamiləliyə və doğuşa görə sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra), · müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilər, · hərbi qulluqçunun arvadı (əri), · təhsil müəssisələrində oxuyan şəxslər (kurs işlərinin və ya imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda), · əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlər aiddir. Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə də işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir. Son xəbərlər Ölkə xarici Tramp: İyunun 22-də Hörmüz boğazından 19 milyon barel neft daşınıb 23/06/2026 İnvestisiya “SpaceX” “Reflection AI” ilə 6,3 milyard dollarlıq müqavilə bağlayıb 23/06/2026 Ölkə xarici Oman və İran Hörmüz boğazının idarə olunması mexanizmini müzakirə edəcək 23/06/2026 Bank xəbərləri Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş 23/06/2026 Digər xəbərlər Ölkə xarici Tramp: İyunun 22-də Hörmüz boğazından 19 milyon barel neft daşınıb 23/06/2026 İnvestisiya “SpaceX” “Reflection AI” ilə 6,3 milyard dollarlıq müqavilə bağlayıb 23/06/2026 Ölkə xarici Oman və İran Hörmüz boğazının idarə olunması mexanizmini müzakirə edəcək 23/06/2026 Bank xəbərləri Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş 23/06/2026