Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi Litva hökuməti istefa verib. “Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar 20-ci hökumətin keçirdiyi son iclasda üzvlərin ümumi razılığı ilə qəbul edilib. “Bütün çətinliklərə baxmayaraq, fəxr edəcəyimiz çox şey var. Dövlətin və xalqın rifahı üçün çox işlər görmüşük”, - Baş nazir çıxışında bildirib. Hökumət hakim koalisiyadakı dəyişikliklər səbəbindən istefa verməli olub. Qeyd edək ki, İnqa Ruqinien 2025-ci ilin avqust ayında Baş nazir təyin edib. Onun rəhbərlik etdiyi hökumət isə ötən ilin sentyabr ayında Seymdə and içərək vəzifəsinin icrasına başlayıb.