Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır Yerli biznes xəbərləri 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Fransanın enerji nəhəngi ENGIE qrupuna bağlı olan “ENGIE E AND P ABSHERON B.V.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu açıqlayıb. Banker.az xəbər verir ki, şirkət uzun illər Azərbaycanda fəaliyyət göstərib və ölkənin enerji sektorunda həyata keçirilən Abşeron qaz-kondensat yatağı layihəsində iştirak edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Elanda qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər. “ENGIE E AND P ABSHERON B.V.” Niderlandda qeydiyyatdan keçmiş və Fransanın enerji şirkəti ENGIE qrupuna məxsus olan xüsusi layihə şirkəti idi. Şirkət Azərbaycanın Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının işlənilməsi layihəsində pay sahibi olub. ENGIE 2017-ci ildə Abşeron layihəsindəki iştirak payını sataraq layihədən çıxıb. Bundan sonra şirkətin Azərbaycandakı fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşmışdı. Filialın ləğvi də layihədən çıxışdan sonra qalan hüquqi iştirakın yekunlaşdırılması kimi qiymətləndirilə bilər. TaglarENGIE E AND P ABSHERON B.V. Son xəbərlər Ümumi iqtisadi xəbərlər BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır 23/06/2026 İnvestisiya “SpaceX” səhmləri 400 mlrd. dollarlıq satış dalğasından sonra daha 4% ucuzlaşıb 23/06/2026 Valyuta Dollar FED-in faiz artımı proqnozları fonunda illik maksimuma çatıb, yen isə 40 ilin minimumuna yaxınlaşıb 23/06/2026 İnvestisiya ABŞ texnologiya sektorundakı kütləvi satışlar dünya bazarlarına yayıldı 23/06/2026 Digər xəbərlər Ümumi iqtisadi xəbərlər BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır 23/06/2026 İnvestisiya “SpaceX” səhmləri 400 mlrd. dollarlıq satış dalğasından sonra daha 4% ucuzlaşıb 23/06/2026 Valyuta Dollar FED-in faiz artımı proqnozları fonunda illik maksimuma çatıb, yen isə 40 ilin minimumuna yaxınlaşıb 23/06/2026 İnvestisiya ABŞ texnologiya sektorundakı kütləvi satışlar dünya bazarlarına yayıldı 23/06/2026