“SpaceX” səhmləri 400 mlrd. dollarlıq satış dalğasından sonra daha 4% ucuzlaşıb İnvestisiya 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Kosmik texnologiyalar və süni intellekt sahəsində fəaliyyət göstərən “SpaceX” şirkətinin səhmləri çərşənbə axşamı birjaöncəsi ticarətdə 4%-dən çox ucuzlaşıb. Bu, bazar ertəsi şirkətin bazar dəyərinin təxminən 400 milyard dollar azalması ilə nəticələnən kəskin satışlardan sonra baş verib. Birjadakı debütdən sonra sürətlə bahalaşan və qısa müddət ərzində bazar kapitallaşmasına görə “Amazon” və “Microsoft” şirkətlərini geridə qoyan “SpaceX”ə investor marağı son günlər zəifləməyə başlayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bazar ertəsi “SpaceX” səhmləri 16% ucuzlaşıb. Bundan əvvəl isə iki ticarət sessiyasında müvafiq olaraq 3,6% və 5% eniş qeydə alınmışdı. Ticarətin bağlanışına şirkətin bazar kapitallaşması 2 trilyon dollara qədər azalıb. Şərq vaxtı ilə saat 04:45-ə olan məlumata görə, səhmlər birja öncəsi ticarətdə daha 4,27% dəyər itirib. Şirkət 100,8 milyard dollar həcmində təminatsız istiqrazlar buraxdığını açıqlayıb və iyunun 19-na olan vəziyyətə görə balansında eyni həcmdə nağd vəsait və onun ekvivalentlərinin olduğunu bildirib. Həmin gün “SpaceX” açıq mənbəli süni intellekt modelləri hazırlayan “Reflection AI” startapı ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Razılaşma çərçivəsində “Reflection” şirkəti İlon Mask tərəfindən yaradılmış “Colossus” hesablama infrastrukturuna çıxış əldə edəcək. Təsirli birja debütündən sonra “SpaceX” səhmləri 50%-dən çox bahalaşaraq Maskın iddialı planlarına inanan investorları cəlb etmişdi. Lakin ötən həftənin sonuna doğru IPO zamanı şirkətin səhmlərini alan investorların orta gəlirliliyi demək olar ki, tamamilə yox olub. TaglarSpaceX Son xəbərlər Yerli biznes xəbərləri Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır 23/06/2026 Ümumi iqtisadi xəbərlər BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır 23/06/2026 Valyuta Dollar FED-in faiz artımı proqnozları fonunda illik maksimuma çatıb, yen isə 40 ilin minimumuna yaxınlaşıb 23/06/2026 İnvestisiya ABŞ texnologiya sektorundakı kütləvi satışlar dünya bazarlarına yayıldı 23/06/2026 Digər xəbərlər Yerli biznes xəbərləri Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır 23/06/2026 Ümumi iqtisadi xəbərlər BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır 23/06/2026 Valyuta Dollar FED-in faiz artımı proqnozları fonunda illik maksimuma çatıb, yen isə 40 ilin minimumuna yaxınlaşıb 23/06/2026 İnvestisiya ABŞ texnologiya sektorundakı kütləvi satışlar dünya bazarlarına yayıldı 23/06/2026