PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı Bank xəbərləri 23/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®PAŞA Bank dünyanın ən böyük aviaşirkətlərindən biri olan Türk Hava Yolları ilə eksklüziv əməkdaşlığını uzatmaq məqsədilə yeni müqaviləyə imza atıb. Bank 2019-cu ildə ölkədə ilk dəfə olaraq Türk Hava Yolları ilə ko-brendinq formatında “Miles&Smiles” kartlarını müştərilərin ixtiyarına vermişdir. Məhsul ölkədə nağdsız hesablaşmaların və elektron ödəniş xidmətlərindən istifadəni artırmaq üçün bazara çıxarılmışdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Kart sahibləri ölkədaxili və beynəlxalq ödənişlər edərkən mil qazanır. Bundan əlavə, tərəfdaş şəbəkəsində edilən ödənişlər sayəsində də əlavə millər toplamaq mümkündür. Kartların əsas üstünlüklərinə daxildir: • Yeni müştərilərə “xoş gəldin” milləri təqdim olunur; • Kart balansındakı qalıq vəsait əsasında aylıq millər verilir; • Ad günü, ondan əvvəlki və sonrakı günlərdə ikiqat millər qazanmaq imkanı; • Çatbot konsyerj xidmətindən istifadə; • Toplanan millərin PAŞA Bank mobil tətbiqi vasitəsilə asanlıqla izlənilməsi; • Millərin “THY” mobil tətbiqindən rahatlıqla uçuş biletinə çevrilməsi; • “Lounge Key” biznes zallarına pulsuz giriş imkanı; • Partnyorların 1000-dən çox satış nöqtəsində əlavə millər qazanması imkanı; • “Fast track” xidmətindən yararlanmaq fürsəti; • Səyahət sığortası; • İstənilən zaman bilet əldə etmək və milləri 3 il müddətində istifadə fürsəti; • Hava limanından pulsuz transfer xidməti və s. Kartlar “Miles&Smiles PAŞA Bank” Platinum, Black, Signature, Elite və Infinite növlərində təqdim olunur və müştərilərə həyat tərzinə və ehtiyaclarına uyğun müxtəlif səviyyələrdə səyahət üstünlükləri, mil qazanma imkanları və premium bank xidmətləri təqdim edir. Kartların bütün üstünlükləri və tarifləri haqqında daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edin. TaglarPAŞA BankTürk Hava Yolları Son xəbərlər Daşınmaz əmlak Qeydiyyatsız evlərin sənədləşməsində yenilik 23/06/2026 Təhsil Riyazi biliklər beynəlxalq standartla ölçüləcək – Məleykə Abbaszadə 23/06/2026 Təhsil Bu il keçid balları yüksələcək? – DİM sədri açıqladı 23/06/2026 Nəqliyyat Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq 23/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Qeydiyyatsız evlərin sənədləşməsində yenilik 23/06/2026 Təhsil Riyazi biliklər beynəlxalq standartla ölçüləcək – Məleykə Abbaszadə 23/06/2026 Təhsil Bu il keçid balları yüksələcək? – DİM sədri açıqladı 23/06/2026 Nəqliyyat Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq 23/06/2026