İnstaqram platformasının işində problem yaranıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb. Bildirilir ki, platformada genişmiqyaslı bağlantı problemləri qeydə alınıb. İstifadəçilər əsasən ana səhifənin yenilənməməsindən, hekayələrin yüklənməməsindən, hesaba giriş zamanı xətalardan və tətbiqdən çıxarılma hallarından şikayət edirlər. Hələlik “Meta” tərəfindən rəsmi açıqlama verilməyib. Mütəxəssislər problemin server yenilənmələri, yüksək istifadəçi sıxlığı ilə bağlı ola biləcəyini bildiriblər.