Bakı–Tbilisi qatarlarına biletlər 90 gün əvvəldən satışa çıxarılacaq Nəqliyyat 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlarda aktiv bilet satışı dövrünün hazırkı 30 gündən 90 günə qədər artırılması mexanizminin yaxın günlərdə tətbiqini planlaşdırılır. Banker.az “Azərbaycan Dəmir Yolları”na QSC (ADY) istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nda bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir: “ADY-də 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY tərəfindən tələbatın vaxtında müəyyənləşdirilməsinə və buna uyğun tədbirlər görülməsinə, məsələn, əlavə reyslərin təyin edilməsi və ya qatara əlavə vaqon qoşulmasına imkan verir. Bilet satışı hər zaman 30 günlük dövrü əhatə edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Bundan əvvəl kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olurdu. Həmin saatdan etibarən yüklənməni nəzərə alaraq, artıq biletlər hər növbəti 30-cu gün üçün fərqli saatlarda sistemdə əks olunur. Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır. Ona görə də sərnişinlərimizə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik”. A.Fərəcov vurğulayıb ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara əlavə vaqon qoşulub və müvafiq olaraq satışa yeni biletlər təqdim edilib: “Hazırda qarşıdakı 30 günlük dövr üçün Azərbaycandan Gürcüstana olan reyslər üzrə biletlərin böyük əksəriyyəti, Gürcüstandan Azərbaycana olan reyslər, o cümlədən əlavə satışa çıxarılan bütün biletlər də qısa müddətdə satılıb. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur”. Son xəbərlər Daşınmaz əmlak Daşınmaz əmlak alqı-satqısında ən böyük risklər hansılardır? – Ali Məhkəmə xəbərdarlıq 24/06/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO-nun gəlirləri və mənfəəti artıb 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 11-dən bəri ilk dəfə 4 100 dollardan aşağı düşüb 24/06/2026 Ölkə daxili Əmlak alarkən bu risklərə diqqət edin – Ali Məhkəmədən xəbərdarlıq 24/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Daşınmaz əmlak alqı-satqısında ən böyük risklər hansılardır? – Ali Məhkəmə xəbərdarlıq 24/06/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO-nun gəlirləri və mənfəəti artıb 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 11-dən bəri ilk dəfə 4 100 dollardan aşağı düşüb 24/06/2026 Ölkə daxili Əmlak alarkən bu risklərə diqqət edin – Ali Məhkəmədən xəbərdarlıq 24/06/2026