AZPROMO-nun gəlirləri və mənfəəti artıb Ümumi iqtisadi xəbərlər 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO 2025-ci ili 683.08 min manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 21.3% və ya 119.82 min manat çoxdur. Banker.az xəbər verir ki, bu barədə audit hesabatına istinadın xəbər verir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Maliyyə hesabatına əsasən, qurumun qeyri-kommersiya əməliyyatlarından gəlirləri illik müqayisədə 11.5% artaraq 7.46 mln. manata çatıb. Eyni zamanda, sair əməliyyat gəlirləri 633.98 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Hesabat dövründə əmək haqqı xərcləri 2.4% azalaraq 4.93 mln. manata düşsə də, sair əməliyyat xərcləri 2.5 dəfə artaraq 2.25 mln. manata yüksəlib. Amortizasiya xərcləri isə 21.2% artaraq 163.20 min manat olub. Nəticədə AZPROMO-nun əməliyyat mənfəəti 683.08 min manat təşkil edib ki, bu da 2024-cü ilin göstəricisindən 21.3% çoxdur. Agentliyin aktivləri il ərzində 4.3 dəfə artaraq 12.34 mln. manata yüksəlib. Artım əsasən digər cari aktivlərin yaranması hesabına baş verib. Bu maddə üzrə göstərici 2024-cü ildə sıfıra yaxın olduğu halda, 2025-ci ilin sonunda 8.90 mln. manata çatıb. Uzunmüddətli aktivlər 41% artaraq 2.41 mln. manat olub. Bu dövrdə qeyri-maddi aktivlər təxminən 2.9 dəfə artaraq 883.10 min manata yüksəlib. AZPROMO-nun pul vəsaitləri və onların ekvivalentləri isə 11.9% azalaraq 1 mln. manata enib. Agentliyin cəmi kapitalı il ərzində 23.8% artaraq 3.44 mln. manata çatıb. Kapital ehtiyatları 39% artaraq 2.44 mln. manat olub. Bununla yanaşı, qurumun öhdəliklərində kəskin artım qeydə alınıb. Cəmi öhdəliklər 112.81 min manatdan 8.90 mln. manata yüksələrək təxminən 79 dəfə artıb. Son xəbərlər Daşınmaz əmlak Daşınmaz əmlak alqı-satqısında ən böyük risklər hansılardır? – Ali Məhkəmə xəbərdarlıq 24/06/2026 Nəqliyyat Bakı–Tbilisi qatarlarına biletlər 90 gün əvvəldən satışa çıxarılacaq 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 11-dən bəri ilk dəfə 4 100 dollardan aşağı düşüb 24/06/2026 Ölkə daxili Əmlak alarkən bu risklərə diqqət edin – Ali Məhkəmədən xəbərdarlıq 24/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Daşınmaz əmlak alqı-satqısında ən böyük risklər hansılardır? – Ali Məhkəmə xəbərdarlıq 24/06/2026 Nəqliyyat Bakı–Tbilisi qatarlarına biletlər 90 gün əvvəldən satışa çıxarılacaq 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 11-dən bəri ilk dəfə 4 100 dollardan aşağı düşüb 24/06/2026 Ölkə daxili Əmlak alarkən bu risklərə diqqət edin – Ali Məhkəmədən xəbərdarlıq 24/06/2026