ADY-dən qatar biletləri ilə bağlı açıqlama Nəqliyyat 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı istiqaməti üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir, hər hansı şirkətə və ya vasitəçiyə kvota ayrılmır. Banker.az ADY-yə istinadən xəbər verir ki, bunu qurumun Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutuna yüksək tələbat olduğundan biletlər satışa çıxarılandan qısa müddətdə satılır: “Sərnişinlər həm kassalar, həm mobil tətbiq, həm də rəsmi saytdan eyni satış bazasına çıxış əldə edirlər. Bütün satış kanalları eyni sistem üzərindən işləyir. Onu da bildirim ki, beynəlxalq marşrutların təşkili yalnız tələbata deyil, həm də infrastruktur, sərhəd-keçid prosedurları, qatar parkı və iki ölkənin dəmir yolu administrasiyaları arasında koordinasiyaya bağlıdır. Bununla belə, mövcud imkanların artırılması istiqamətində iş aparılır”. A.Fərəcov qeyd edib ki, biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır və satış prosesi vahid sistem üzərindən həyata keçirilir: “Bütün sərnişinlərin bilet almaq hüququ eynidir. Hazırda biletlərin kütləvi şəkildə alınıb sonradan satılmasını təsdiqləyən fakt yoxdur. Əgər belə bir fakt aşkar edilsə, təbii ki, bunu ilk araşdıran tərəf ADY olacaq. Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir. Bundan əvvəl bir şəxs özü ilə birlikdə 8 nəfərə və əlavə olaraq yer tutmayan 5 yaşa qədər 8 nəfər uşağa bilet ala bilirdisə, bu rəqəm 4 nəfərə qədər azaldılıb. Burada əsas məqsədi daha çox sərnişinə bilet alışı üçün bərabər imkan yaratmaqdır. Əlavə olaraq bildirim ki, yüksək tələbatla əlaqədar iki və daha çox sərnişin eyni anda eyni yer üzrə bilet alışını həyata keçirmək istədikdə prosesi ən tez tamamlayan şəxs bileti əldə edə bilir, bu məqamda digər şəxsin kartından pul tutulubsa, geri qaytarılır”. TaglarADY Son xəbərlər Daşınmaz əmlak Daşınmaz əmlak alqı-satqısında ən böyük risklər hansılardır? – Ali Məhkəmə xəbərdarlıq 24/06/2026 Nəqliyyat Bakı–Tbilisi qatarlarına biletlər 90 gün əvvəldən satışa çıxarılacaq 24/06/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO-nun gəlirləri və mənfəəti artıb 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 11-dən bəri ilk dəfə 4 100 dollardan aşağı düşüb 24/06/2026 Digər xəbərlər Daşınmaz əmlak Daşınmaz əmlak alqı-satqısında ən böyük risklər hansılardır? – Ali Məhkəmə xəbərdarlıq 24/06/2026 Nəqliyyat Bakı–Tbilisi qatarlarına biletlər 90 gün əvvəldən satışa çıxarılacaq 24/06/2026 Ümumi iqtisadi xəbərlər AZPROMO-nun gəlirləri və mənfəəti artıb 24/06/2026 İnvestisiya Qızılın qiyməti iyunun 11-dən bəri ilk dəfə 4 100 dollardan aşağı düşüb 24/06/2026