“AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb Yerli biznes xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram “Ferrum Kapital” QSC-nin 31 dekabr 2025-ci il tarixində bitən il üzrə xalis mənfəəti 3.78 milyon manat təşkil edib ki, bu da ötən ilin 2.71 milyon manatlıq göstəricisi ilə müqayisədə 39.5% artım deməkdir. Banker.az faktorinq şirkətinin illik audit hesabatına istinadən xəbər verir ki, Mənfəətdə artım əsasən gözlənilən kredit zərərləri üzrə ehtiyatların 4.21 mln. manat xərcdən 0.91 mln. manat bərpaya çevrilməsi hesabına baş verib. Bununla yanaşı, xalis faiz marjası 12.39 mln. manata enərək 26.3% azalıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkətin ümumi gəlirləri 18.98 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15.7% azdır. Eyni zamanda ümumi xərclər 14.2 mln. manata düşərək 25.8% azalıb. Gəlirlərin azalmasına baxmayaraq, xərclərin daha sürətli azalması gəlir-xərc nisbətinin yaxşılaşmasına və mənfəətin artmasına şərait yaradıb. İnzibati və digər əməliyyat xərcləri 8.45 mln. manat olmaqla əvvəlki illə müqayisədə 2.9% azalıb. 2025-ci ilin sonuna “Ferrum Kapital”ın cəmi aktivləri 77.18 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 2.0% çoxdur. Müştərilərə verilmiş kreditlər və avanslardan ibarət kredit portfeli 37.64 mln. manata enərək 25.7% azalıb. Kredit portfelinin cəmi aktivlərdə payı 48.8% təşkil edib. Eyni dövrdə əlaqəli tərəflərdən alınacaq məbləğlər 29.92 mln. manata yüksələrək 98.9%. Şirkətin cəmi öhdəlikləri 68.74 mln. manat təşkil edib və illik müqayisədə 1.8% artıb. Cəmi kapital isə 8.44 mln. manata enərək 1.1% azalıb. Bölüşdürülməmiş mənfəət 8.43 mln. manat olub ki, bu da əvvəlki illə müqayisədə 1.1% azdır. Şirkət 2025-ci ildə səhmdarlara 3.87 mln. manat dividend ödəyib. Müqayisə üçün, 2024-cü ildə dividend ödənişi 0.10 mln. manat təşkil etmişdi. “Ferrum Kapital”da işçilərin sayı il ərzində 297 nəfərdən 242 nəfərə enib ki, bu da 18.5% azalma deməkdir. Xatırladaq ki, “Ferrum Kapital” QSC 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 2 min manatdır. Səhmdarları Demirçi Qafar Aydın oğlu (68%), Həbibzadə Məhəmməd Rza Pərviz (23%), “AQA Şirkətlər Qrupu” QSC (4.5%) və “Vesta İnvestment” QSC-dir (4.5%). TaglarFerrum Kapital Son xəbərlər Digər xəbərlər Mərkəzi Bank faiz qərarını verdi 24/06/2026 Bank xəbərləri ABB Xankəndidə Çağrı Mərkəzi yaradır 24/06/2026 Biznes WSJ: ABŞ-nin 200 milyon dollardan çox bonus alan CEO-ları 24/06/2026 Ölkə daxili “Azərbaycan İstehlakçılar Şurası” yaradılıb 24/06/2026 Digər xəbərlər Digər xəbərlər Mərkəzi Bank faiz qərarını verdi 24/06/2026 Bank xəbərləri ABB Xankəndidə Çağrı Mərkəzi yaradır 24/06/2026 Biznes WSJ: ABŞ-nin 200 milyon dollardan çox bonus alan CEO-ları 24/06/2026 Ölkə daxili “Azərbaycan İstehlakçılar Şurası” yaradılıb 24/06/2026