ABB Xankəndidə Çağrı Mərkəzi yaradır Bank xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram ®İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrində yaxından iştirak edən ABB bu istiqamətdə daha bir addım atır. Bank Xankəndi şəhərində özünün yeni Çağrı Mərkəzini qurur. Mərkəzin yaradılmasında məqsəd müştərilərlə fasiləsiz kommunikasiyanın təmin olunması, ABB-nin bəzi struktur bölmələrinin regionlara transferi, eləcə də Qarabağda sosial-iqtisadi inkişafın dəstəklənməsi, regionda məşğulluğun artırılmasıdır.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Çağrı Mərkəzində ilk mərhələdə 10 əməkdaş çalışacaq. Əməkdaşların işəqəbulu zamanı artıq Qarabağda daimi məskunlaşmış keçmiş məcburi köçkünlərə üstünlük veriləcək. ABB belə layihələr vasitəsilə regionda yerli kadrların inkişafını da dəstəkləməyi hədəfləyir. Çağrı Mərkəzi Xankəndi Biznes Mərkəzində fəaliyyət göstərəcək. Qeyd edək ki, ABB Xankəndidə filial açmış ilk bank olub. Hazırda Bankın həm Xankəndidə, həm Şuşada filialları var. ABB-nin Xankəndi şəhərindəki Çağrı Mərkəzində çalışmaq istəyən namizədlər mövcud vakansiyalara buradan müraciət edə bilərlər. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. TaglarABB (Azərbaycan Beynəlxalq Bankı) Son xəbərlər Digər xəbərlər Mərkəzi Bank faiz qərarını verdi 24/06/2026 Yerli biznes xəbərləri “AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb 24/06/2026 Biznes WSJ: ABŞ-nin 200 milyon dollardan çox bonus alan CEO-ları 24/06/2026 Ölkə daxili “Azərbaycan İstehlakçılar Şurası” yaradılıb 24/06/2026 Digər xəbərlər Digər xəbərlər Mərkəzi Bank faiz qərarını verdi 24/06/2026 Yerli biznes xəbərləri “AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb 24/06/2026 Biznes WSJ: ABŞ-nin 200 milyon dollardan çox bonus alan CEO-ları 24/06/2026 Ölkə daxili “Azərbaycan İstehlakçılar Şurası” yaradılıb 24/06/2026