WSJ: ABŞ-nin 200 milyon dollardan çox bonus alan CEO-ları Biznes 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Ötən ilin yekunlarına görə, ABŞ korporasiyalarının bir neçə rəhbəri 200 milyon dollardan çox bonus alıb. Halbuki əvvəllər 100 milyon dollardan yuxarı bonuslar rekord hesab olunurdu. Bu barədə “The Wall Street Journal” (WSJ) yazır. “Tesla” səhmdarlarının İlon Mask üçün təsdiqlədiyi 158 milyard dollarlıq səhm, opsion və mükafatlardan ibarət kompensasiya paketindən başqa, 2025-ci ilin nəticələrinə əsasən 200 milyon dollardan çox bonus alan rəhbərlər bunlar olub:⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Dilan Fild, proqram təminatı hazırlayan “Figma” şirkətinin rəhbəri — 864 milyon dollar; Şanx Mitra, investisiya tresti “Welltower”un rəhbəri — 821 milyon dollar; Kaz Nejatian, daşınmaz əmlak əməliyyatları platforması “Opendoor Technologies”in baş direktoru — 741 milyon dollar; Corc Kurtz, yüksək texnologiyalar şirkəti “CrowdStrike”ın rəhbəri — 248 milyon dollar; Hok Tan, yarımkeçirici istehsalçısı “Broadcom”un baş direktoru — 205 milyon dollar. Belə böyük bonuslar əsasən top-menecerləri yaxın gələcəkdə konkret hədəflərə nail olmağa təşviq edən opsion proqramları ilə bağlıdır. Bu hədəflərə şirkət səhmlərinin müəyyən qiymətə çatması, mənfəət və gəlir göstəriciləri, IPO-lar, birləşmə və satınalma əməliyyatları və digər korporativ nəticələr daxildir. Bundan əlavə, ötən il fond bazarının yüksəlməsi və süni intellekt texnologiyalarına artan tələbat da mühüm rol oynayıb. Bu amillər müvafiq avadanlıq və proqram təminatının satışlarını artırıb. WSJ-nin hesablamalarına görə, ötən ilin yekununda S&P 500 indeksinə daxil olan şirkətlərdə baş direktorların median kompensasiya paketi 17,9 milyon dollara çataraq tarixi rekord müəyyən edib. Əvvəlki illə müqayisədə bonuslar orta hesabla 9,8% artıb. Son xəbərlər Digər xəbərlər Mərkəzi Bank faiz qərarını verdi 24/06/2026 Yerli biznes xəbərləri “AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb 24/06/2026 Bank xəbərləri ABB Xankəndidə Çağrı Mərkəzi yaradır 24/06/2026 Ölkə daxili “Azərbaycan İstehlakçılar Şurası” yaradılıb 24/06/2026 Digər xəbərlər Digər xəbərlər Mərkəzi Bank faiz qərarını verdi 24/06/2026 Yerli biznes xəbərləri “AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb 24/06/2026 Bank xəbərləri ABB Xankəndidə Çağrı Mərkəzi yaradır 24/06/2026 Ölkə daxili “Azərbaycan İstehlakçılar Şurası” yaradılıb 24/06/2026