“SpaceX” şirkətinin qurucusu İlon Maskın xalis sərvəti azalaraq 957 milyard dollara düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg”in “Milyarderlər İndeksi”nin (“Bloomberg Billionaires Index”) məlumatlarından məlum olur. Milyarderlərin sərvətini onların sahib olduqları şirkətlərin səhmlərinin qiyməti əsasında hesablayan bu indeks Maskın xalis sərvətinin 118 milyard dollar (təxminən 200 milyard AZN) azaldığını göstərir. Onun trilyonçu statusunu itirməsinə rəhbərlik etdiyi şirkətlərin səhmlərinin ucuzlaşması səbəb olub. Belə ki, “Nasdaq” birjasında “Tesla”nın səhmləri son 1 həftədə 4,14%, “SpaceX”in səhmləri isə 17,13% ucuzlaşıb. Qeyd edək ki, iyunun 12-də “SpaceX”in rekord həcmli ilkin kütləvi səhmləşməsi (IPO) nəticəsində İlon Maskın sərvəti 1 trilyon dollar həddini aşaraq onu dünyanın ilk trilyonçusu etmişdi.