AMB inflyasiyanın hədəf daxilində qaldığını desə də, xarici risklərin artımına işarə edir Digər xəbərlər 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir ki, ölkədə illik inflyasiya hədəf diapazonu daxilində qalmaqda davam edir. Banker.az bunu AMB-yə istinadən xəbər verir ki, 2026-cı ilin may ayında 12 aylıq inflyasiya 5.6% təşkil edib ki, bu da Mərkəzi Bankın 4±2% hədəf intervalına uyğundur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə May ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik qiymət artımı 6.6%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.9% olub. İllik baza inflyasiya da 5.6% səviyyəsində qeydə alınıb. Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, cari və növbəti ildə də inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Bununla belə, son dövrlərdə xarici mənşəli xərc amillərinin aktivləşməsi müşahidə olunur. Mərkəzi Bankın may ayında açıqladığı baza ssenarisinə görə, illik inflyasiyanın 2026-cı ildə 5.9%, 2027-ci ildə isə 4.5% olacağı gözlənilir. İyun ayındakı son qərarda bu proqnozlar yenilənməyib və AMB cari və növbəti ildə inflyasiyanın hədəf diapazonu daxilində qalacağına dair gözləntilərinin dəyişmədiyini bildirib. Bu isə may ayında açıqlanan proqnozların hələ də qüvvədə qaldığını göstərir. Qurum qeyd edir ki, qlobal ərzaq və gübrə qiymətlərinin artması, nəqliyyat-logistika xərclərinin yüksəlməsi, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi inflyasiya risklərini artıran əsas amillər sırasındadır. AMB vurğulayır ki, qlobal iqtisadi mühitdə qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə inflyasiya proqnozları müxtəlif ssenarilər üzrə qiymətləndiriləcək və növbəti pul siyasəti qərarları makroiqtisadi göstəricilərin dinamikasına uyğun olaraq qəbul ediləcək. Son xəbərlər Bank xəbərləri AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib 24/06/2026 Yerli biznes xəbərləri “AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb 24/06/2026 Digər xəbərlər Bank xəbərləri AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib 24/06/2026 Yerli biznes xəbərləri “AGA Group”un faktorinq şirkətinin xalis mənfəəti 40% artıb 24/06/2026