Avropanın qaz anbarlarında ehtiyatlar 47%-ə çatıb Neft və Qaz 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Avropanın yeraltı qaz anbarlarındakı (YQA) qaz ehtiyatları 47%-ə yüksəlib. Lakin isti hava şəraiti fonunda anbarların doldurulma tempi zəifləyib. Hazırda Avropa ekstremal istilərin təsiri altındadır. Belə yay dövrlərində soyutma sistemləri və kondisionerlər üçün elektrik enerjisinə tələbat kəskin artır. Qaz isə atom enerjisi, külək və günəş enerjisi ilə yanaşı elektrik istehsalının əsas mənbələrindən biridir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Hazırda Avropanın yeraltı qaz anbarları 46,97% doludur. Bu göstərici son beş ilin eyni tarix üzrə orta səviyyəsindən 14,49 faiz bəndi aşağıdır. Müqayisə üçün, ötən ilin eyni dövründə doluluq səviyyəsi 56,2% idi. Anbarlarda ümumilikdə 51,4 milyard kubmetr qaz mövcuddur. İyunun əvvəlindən bəri Avropa anbarlarına vurulan qazın həcmi 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin göstəricisindən 18% azdır. Həmçinin bu rəqəm müşahidələr tarixində həmin tarix üçün orta doldurma tempindən 5% aşağıdır. Cari yay mövsümündə yanacaq qiymətlərinin daha yüksək olması gözlənilir. Buna səbəb Yaxın Şərqdəki münaqişənin təsiri ilə Asiya ilə mayeləşdirilmiş təbii qazın (LNG) sərbəst həcmləri uğrunda rəqabətin güclənməsidir. Avropa Komissiyası tələblərinə əsasən, Avropa İttifaqı ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək olan dövrdə qaz anbarlarının ən azı 90% doldurulmasını təmin etməlidirlər. Bununla yanaşı, doldurma prosesində çətinliklər yaranarsa, 10%-lik çeviklik mexanizmi də nəzərdə tutulub. Beləliklə, 2026–2027-ci illərin payız-qış mövsümünün başlanğıcına qədər normativlərin yerinə yetirilməsi üçün Avropanın qaz anbarlarına xalis olaraq ən azı 68 milyard kubmetr qaz vurulmalıdır. Ötən il isə Avropa yalnız təxminən 55 milyard kubmetrlik göstəriciyə nail ola bilmişdi. TaglarAvropaTəbii qaz Son xəbərlər Digər xəbərlər AMB inflyasiyanın hədəf daxilində qaldığını desə də, xarici risklərin artımına işarə edir 24/06/2026 Bank xəbərləri AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib 24/06/2026 Digər xəbərlər Digər xəbərlər AMB inflyasiyanın hədəf daxilində qaldığını desə də, xarici risklərin artımına işarə edir 24/06/2026 Bank xəbərləri AMB: nağd valyuta bazarında əhalinin banka satışları alışı $311 mln. üstələyib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank növbəti iclası ilə bağlı qrafikdə dəyişiklik edib 24/06/2026 Bank xəbərləri Mərkəzi Bank faiz qərarını verdi- Ardıcıl üç iclasda gözləmə mövqeyini seçib 24/06/2026