Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı Nəqliyyat 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Bakı–Tbilisi–Bakı sərnişin qatarı üzrə bilet qiymətlərində uculaşma qeydə alınıb. Banker.az xəbər verir ki, bəzi kateqoriyalar üzrə qiymətlərdə ucuzlaşma müşahidə olunur.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məlumata əsasən, Bakı-Tbilisi istiqaməti üzrə birtərəfli komfort biletin qiyməti 81 manatdan 78.80 manata düşüb. Digər tariflər üzrə də dəyişiklik qeydə alınıb: eyni istiqamət üzrə komfort+ biletləri 117 manatdan 112 manata, lüks sinif isə təxminən 180 manatdan 177 manata qədər ucuzlaşıb. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Bakı–Tbilisi–Bakı reysi üzrə bilet qiymətləri beynəlxalq hesablaşma mexanizminə əsasən müəyyən olunur. Qeyd edilib ki, tariflər Gürcüstanla hesablaşmalar çərçivəsində İsveçrə frankının yerli məzənnəyə nisbətinə uyğun formalaşır. Yəni İsveçrə frankının məzənnəsindəki dəyişikliklər bilet qiymətlərinə də birbaşa təsir göstərir. Qeyd edək ki, AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 may 2026-cı il tarixindən etibarən Bakı – Tbilisi – Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edir. Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır. MənbəTREND Son xəbərlər Ölkə xarici Financial Times: $125 milyard dəyərində yük daşıyan 1,2 min gəmi Fars körfəzində ilişib qalıb 24/06/2026 Süni İntellekt (Aİ) Süni intellektdə inqilab? Subquadratic startapı dil modellərinin işini köklü şəkildə sürətləndirəcəyini vəd edir 24/06/2026 Aqrarbiznes Məcnun Məmmədov: “Pambıqçılıq 200-300 min nəfərin gəlirlərinə birbaşa təsir göstərir” 24/06/2026 Sığorta xəbərləri AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır 24/06/2026 Digər xəbərlər Ölkə xarici Financial Times: $125 milyard dəyərində yük daşıyan 1,2 min gəmi Fars körfəzində ilişib qalıb 24/06/2026 Süni İntellekt (Aİ) Süni intellektdə inqilab? Subquadratic startapı dil modellərinin işini köklü şəkildə sürətləndirəcəyini vəd edir 24/06/2026 Aqrarbiznes Məcnun Məmmədov: “Pambıqçılıq 200-300 min nəfərin gəlirlərinə birbaşa təsir göstərir” 24/06/2026 Sığorta xəbərləri AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır 24/06/2026