Məcnun Məmmədov: “Pambıqçılıq 200-300 min nəfərin gəlirlərinə birbaşa təsir göstərir” Aqrarbiznes 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda pambıqçılıq 200-300 min nəfərin gəlirlərinə birbaşa təsir göstərir. Banker.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, 2025-ci ildə pambıqçılığın ümumi kənd təsərrüfatı və emalı ixracında payı 13,3 % təşkil edib: “Eyni zamanda, pambıq istehsalının ümumi aqrar istehsalda payı 2 %, pambıq əkinlərinin ümumi əkin sahələrində payı isə 6 % olub. 2025-ci ildə pambıq istehsalı və emalı sahəsində təxminən 50 min daimi və mövsümi işçi çalışmışdır. Bu isə təxminən 200-300 min nəfərin sosial rifahına və gəlirlərinə birbaşa təsir göstərib. Beləliklə, pambıqçılıq təkcə iqtisadi əhəmiyyət daşıyan sahə deyil, eyni zamanda regionlarda məşğulluğun və əhalinin gəlirlərinin sabitləşdirilməsində mühüm rol oynayan strateji sahə kimi çıxış edir”. Nazir qeyd edib ki, 2025-ci ildə Azərbaycan 114 min tondan çox mahlıc ixrac edib: “Ötən il ölkədə 100,5 min hektar sahədə pambıq əkini aparılıb. Bu da birillik əkin sahələrinin 6,3 %-ni təşkil edib. Hesabat ilində ölkə üzrə orta məhsuldarlıq hər hektardan 36,1 sentner, ümumi pambıq istehsalı isə 362,9 min ton olub. Pambığın əsas emal məhsullarından olan mahlıc istehsalı 97,0 min ton, iplik istehsalı 22,0 min ton, parça istehsalı isə 33,6 milyon kvadratmetr təşkil edib. Eyni zamanda, 2025-ci ildə ölkədən 114,3 min ton mahlıc, 15,1 min ton iplik və 12,8 milyon kvadratmetr parça ixrac olunub”. MənbəReport Son xəbərlər Ölkə xarici Financial Times: $125 milyard dəyərində yük daşıyan 1,2 min gəmi Fars körfəzində ilişib qalıb 24/06/2026 Nəqliyyat Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı 24/06/2026 Süni İntellekt (Aİ) Süni intellektdə inqilab? Subquadratic startapı dil modellərinin işini köklü şəkildə sürətləndirəcəyini vəd edir 24/06/2026 Sığorta xəbərləri AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır 24/06/2026 Digər xəbərlər Ölkə xarici Financial Times: $125 milyard dəyərində yük daşıyan 1,2 min gəmi Fars körfəzində ilişib qalıb 24/06/2026 Nəqliyyat Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı 24/06/2026 Süni İntellekt (Aİ) Süni intellektdə inqilab? Subquadratic startapı dil modellərinin işini köklü şəkildə sürətləndirəcəyini vəd edir 24/06/2026 Sığorta xəbərləri AMB sığorta sektoru üçün yeni inkişaf strategiyası hazırlayır 24/06/2026