Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar Texnologiya xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Çində 48 iOS tərtibatçısından ibarət bir qrup yerli tənzimləyici quruma müraciət edərək Apple-ı “bazar mövqeyindən sui-istifadə etməkdə” ittiham edib. Bu barədə “South China Morning Post” yazır. Çinli tərtibatçılar App Store-dakı komissiyaları ədalətsiz və həddindən artıq yüksək hesab edirlər. 2026-cı ilin martında Apple Çində standart komissiyanı 30%-dən 25%-ə, abunəliklərin yenilənməsi üzrə komissiyanı isə 15%-dən 12%-ə endirib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bununla yanaşı, Apple Çində üçüncü tərəf tətbiq mağazalarına və daha çevik ödəniş üsullarına icazə verməyib. Tərtibatçılar hesab edirlər ki, bu imkanlar bəzi hallarda komissiyaların 5%-ə qədər azalmasına şərait yarada bilərdi. 2024-cü ildə Apple ABŞ-də tərtibatçılara istifadəçiləri App Store-dan kənar ödəniş səhifələrinə yönləndirən keçidlər yerləşdirməyə icazə verib. Belə əməliyyatlar üçün komissiya 30% əvəzinə 27% təşkil edir. 2025-ci ilin iyununda şirkət Avropa İttifaqında App Store qaydalarını yeniləyərək iki səviyyəli komissiya sistemi tətbiq edib — alışlardan 5% və 13%. Bundan əlavə, App Store-dan kənarda reklam olunan tətbiqdaxili alışlar üçün ayrıca 5%-lik ödəniş nəzərdə tutulub. 2026-cı ilin iyununda isə Apple Braziliyada istifadəçilərə üçüncü tərəf mağazalarından tətbiqlər quraşdırmağa və App Store-dan yan keçərək ödəniş etməyə icazə verib. Üçüncü tərəf ödəniş xidmətlərindən istifadə edən tətbiqlər üçün komissiya 21% təşkil edir. Əgər tətbiq App Store vasitəsilə yüklənir, lakin ödəniş üçün istifadəçini sayta yönləndirirsə, komissiya 15% olur. Alternativ platformalar vasitəsilə yayımlanan tətbiqlər üçün isə bütün ödənişlərdən 5% komissiya tutulur. TaglarApp Storeapple Son xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026 İnvestisiya “SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb 24/06/2026 Digər xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026 İnvestisiya “SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb 24/06/2026