Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur Ölkə daxili 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin sabiq rəisi Ramin İsmayılov xüsusilə külli miqdarda mənimsəmə və başqa cinayətlərdə ittiham olunur. Banker.az xəbər verir ki, cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Məmmədovun sədrliyi ilə araşdırılacaq.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Məhkəmənin hazırlıq iclası 29 iyuna təyin edilib. Qeyd edək ki, Ramin İsmayılov ötən ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncama əsasən vəzifəsindən azad edilib. Ramin İsmayılov 3,6 milyon manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Son xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026 İnvestisiya “SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb 24/06/2026 Digər xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026 İnvestisiya “SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb 24/06/2026