İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır Sığorta xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycan Mərkəzi Bankı icbari sığorta qaydalarında dəyişikliklər hazırlayır. Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Onun sözlərinə görə, hazırda ölkədə bir sıra icbari sığorta növləri üzrə təkmilləşdirmə işləri aparılır. Vüsal Qurbanov bildirib ki, dəyişikliklər ilk növbədə icbari fərdi qəza sığortasını əhatə edir. “Biz həm beynəlxalq təcrübəni öyrənirik, həm də bu nüansları hazırlanan konsepsiya çərçivəsində nəzərə almışıq”, – o qeyd edib. AMB rəsmisinin sözlərinə görə, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə də qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Vüsal Qurbanov bildirib ki, hazırda bu sığorta növündə üçüncü şəxslərin əmlakına dəyən zərərə görə müəyyən edilmiş sığorta limiti avtomatik bərpa olunan mexanizm əsasında fəaliyyət göstərir. “Bir hadisə nəticəsində sığorta ödənişi həyata keçirildikdən sonra limit sıfırlanmır və yenidən əvvəlki həddə bərpa olunur. Bu, digər sığorta məhsullarından fərqlənən xüsusiyyətdir”, – o vurğulayıb. Onun sözlərinə görə, digər sığorta məhsullarında isə ödəniş həyata keçirildikdən sonra ümumi sığorta limiti verilmiş kompensasiya məbləği qədər azalır. MənbəAPA Son xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 İnvestisiya “SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb 24/06/2026 Digər xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 İnvestisiya “SpaceX” $25 mlrd. cəlb etmək üçün beş istiqraz tranşının yerləşdirilməsinə başlayıb 24/06/2026