NYT: Zukerberq öz mərc platformasını yaratmaq istəyir Ölkə xarici 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Mark Zuckerberq istifadəçilərin idman, iqtisadiyyat və siyasət də daxil olmaqla müxtəlif hadisələr üzrə mərc edə biləcəyi “Polymarket” tipli platforma yaratmağı planlaşdırır. Bu barədə “The New York Times” (NYT) korporasiya əməkdaşlarına istinadən məlumat yayıb. Zukerberq kiçik bir əməkdaş qrupuna bu məqsədlə smartfonlar üçün tətbiqin hazırlanmasına başlamağı tapşırıb. Platforma videooyun prinsipi ilə fəaliyyət göstərəcək və istifadəçilər mərc etmək üçün real pul əvəzinə oyun xallarından istifadə edəcəklər. Qəzetin həmsöhbətlərindən biri gələcəkdə real pul mərclərinin də tətbiq oluna biləcəyini istisna etməyib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Şirkət daxilində yeni tətbiq “Arena” adlandırılır. O, “Meta”ya məxsus “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərindən ayrı fəaliyyət göstərəcək. “Meta” həmin platformalardan yeni mərc tətbiqinin reklamı üçün istifadə etməyi planlaşdırır. Nəşrin mənbələrinin sözlərinə görə, yeni tətbiq üzərində iş “eksperiment xarakteri daşısa da, prioritet layihələrdən biri hesab olunur”. Bununla belə, NYT qeyd edir ki, sonda tətbiq ümumiyyətlə istifadəyə verilməyə də bilər. Bundan əvvəl “The Wall Street Journal” (WSJ) yazmışdı ki, “Polymarket” platforması yeni istifadəçiləri cəlb etmək üçün bloqerlərə guya böyük qazanclarını nümayiş etdirdikləri videolar paylaşmaları müqabilində ödəniş edir. WSJ-nin məlumatına görə, bəzi istifadəçilər ABŞ prezidenti Donald Trampın ay ərzində “McDonald’s” sözünü işlədəcəyinə mərc edərək böyük məbləğlər qazandıqlarını göstərən videolar yayıblar. Lakin qəzet vurğulayır ki, bu mərclərin heç biri real olmayıb. Futbol üzrə dünya çempionatının başlamasından sonra bu cür videoların sayı daha da artıb. Son xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026 Digər xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026