Sabah Bakıda və rayonlarda yağış yağacaq Ölkə daxili 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda iyunun 25-də havanın yağışlı keçəcəyi, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Banker.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-27° isti olacaq. Son xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026 Digər xəbərlər Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Ölkə daxili Azərbaycanda sabiq rəis 3,6 milyonluq mənimsəmədə ittiham olunur 24/06/2026 Sığorta xəbərləri İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır 24/06/2026