Dünyaca məşhur Devid və Viktoriya Beckham cütlüyünün oğlu Romeo Beckham karyerasında yeni addım atıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, modelliklə tanınan gənc artıq filmlərə də çəkiləcək. 23 yaşlı Beckham aktyorluğa bu ilin sonu nümayişi planlaşdırılan “Forty Love” filmi ilə başlayacaq. Güclü aktyor heyəti ilə diqqət çəkən filmdə Pol Kirşer, Qiyom Kanet, Ketrin Denev və Benjamin Vuazen kimi kino dünyasının tanınmış simalar yer alacaq.