Azərbaycanda özəl neft-qaz şirkətinə yeni direktor təyin edilib Menecement (təyinatlar)Yerli biznes xəbərləri 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Azərbaycanda neft-qaz sektoruna xidmət göstərən özəl şirkət “Petrokem Qrup” MMC-nin nizamnamə kapitalı kəskin şəkildə azaldıldıqdan sona indiyə qədər icra orqanına rəhbərlik edən əsas səhmdarlardan biri vəzifə səlahiyyətini oğluna ötürüb. Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 13.09 milyon manatdan 4.58 milyon manata endirilib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Beləliklə, şirkətin nizamnamə kapitalı 8.5 milyon manat və ya təxminən 65% azalıb. Bununla yanaşı, əvvəllər direktoru Fərhad Əliyev Əhəd oğlu olduğu halda, hazırda bu vəzifəni Əhəd Əliyev Fərhad oğlu icra edir. Əhəd Əliyev 2014-cü ildə ABŞ-ın Penn State University universitetində menecment, təchizat zənciri və informasiya texnologiyaları üzrə bakalavr təhsili alıb. Xatırladaq ki, “Petrokem Qrup” 1993-cü ildə yaradılıb, BP-nin Azərbaycanda sürtkü yağları üzrə eksklüziv distribyutorudur. Şirkət “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” (BTC) və “Cənubi Qafqaz” boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir. Şirkətin səhmlərinin 35%-i Fərhad Əliyevə məxsusdur. Şirkət səhmlərinin qalan 65% isə şirkətin öz balansındadır. Son xəbərlər Menecement (təyinatlar) SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! 24/06/2026 Valyuta Dollar faiz dərəcələrinin artırılması gözləntiləri və fond bazarındakı çöküş fonunda son 13 ayın maksimumuna yüksəlib 24/06/2026 Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026 Digər xəbərlər Menecement (təyinatlar) SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq! 24/06/2026 Valyuta Dollar faiz dərəcələrinin artırılması gözləntiləri və fond bazarındakı çöküş fonunda son 13 ayın maksimumuna yüksəlib 24/06/2026 Təhsil MİQ-lə bağlı yenilik tətbiq olunacaq 24/06/2026 Texnologiya xəbərləri Çinli proqramçılar App Store komissiyalarına görə Apple-a qarşı iddia qaldırıblar 24/06/2026