Trampın reytinqi 34%-ə düşüb Ölkə xarici 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Reuters/Ipsos tərəfindən keçirilən yeni ictimai rəy sorğusunun nəticələrinə görə, Donald Trampın fəaliyyətinin bəyənilmə reytinqi ABŞ prezidenti kimi ikinci müddətinin başlanmasından bəri ən aşağı səviyyəyə enərək 34% təşkil edib. Onun fəaliyyətini bəyənməyənlərin payı isə 64%-ə çatıb. Sorğu iyunun 18–22-də keçirilib və 1 262 yetkin amerikalı iştirak edib.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə Araşdırma göstərib ki, seçkilər hazırda keçirilsəydi, müstəqil qeydiyyatdan keçmiş seçicilərin yalnız 17%-i respublikaçılara səs verərdi. Demokratları dəstəkləməyə hazır olanların payı isə 34% təşkil edir. Amerikalıların narazılığına səbəb olan əsas məsələlərdən biri Donald Trampın İranla başlatdığı müharibədir. Respondentlərin yalnız 23%-i hesab edir ki, ABŞ hazırda İrana münasibətdə müharibədən əvvəlkindən daha güclü mövqedədir. Sorğuda iştirak edənlərin 35%-i isə ABŞ-nin mövqeyinin zəiflədiyini düşünür. Amerikalıların yalnız dörddə biri bu müharibəyə xərclənən vəsaitlərin özünü doğrultduğunu hesab edir. Respondentlərin 50%-i isə bunun əksini düşünür. Bundan əlavə, sorğu iştirakçılarının təxminən 63%-i İranla əldə olunmuş atəşkəsin uzunmüddətli olmayacağına inanır. Son xəbərlər Bank xəbərləri Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi! 24/06/2026 Ölkə xarici Financial Times: Venesuelanın dövlət borcu 240 milyard dollara çata bilər 24/06/2026 Yerli biznes xəbərləri “Azərsun”a bağlı şirkətlər birləşir – Açıqlama 24/06/2026 Aqrarbiznes Zeynal Nağdəliyev: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır 24/06/2026 Digər xəbərlər Bank xəbərləri Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi! 24/06/2026 Ölkə xarici Financial Times: Venesuelanın dövlət borcu 240 milyard dollara çata bilər 24/06/2026 Yerli biznes xəbərləri “Azərsun”a bağlı şirkətlər birləşir – Açıqlama 24/06/2026 Aqrarbiznes Zeynal Nağdəliyev: Pambıqçılıqda 2030-cu ilədək əsas hədəf orta məhsuldarlığın 50 sentnerə çatdırılmasıdır 24/06/2026