“SK Hynix” IPO zamanı 29 mlrd. dollardan çox vəsait cəlb etməyi planlaşdırır İnvestisiya 24/06/2026 Paylaş FacebookXWhatsAppTelegram Cənubi Koreyanın yaddaş çipləri istehsalçısı “SK Hynix” ABŞ-də keçiriləcək IPO zamanı 45,45 trilyon von (təxminən 29,4 milyard dollar) cəlb etməyi planlaşdırır. Bu barədə şirkətin açıqladığı məlumatlara istinadən Bloomberg yazır. Şirkət əldə olunacaq vəsaiti istehsal güclərinin genişləndirilməsinə və çip istehsalı üçün dərin ultrabənövşəyi (DUV) fotolitoqrafiya avadanlıqlarının alınmasına yönəltməyi nəzərdə tutur. “SK Hynix”in Amerika depozitar qəbzləri (ADR) üzrə ticarətin iyulun 10-da başlaması gözlənilir.⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə “SK Hynix”in yerləşdirməsi tarixdə ən iri IPO-lardan biri olacaq. Uzun müddət rekord 2019-cu ildə 29,4 milyard dollar cəlb etmiş “Saudi Aramco”ya məxsus olub. Lakin 2026-cı ilin iyununda bu göstəricini “SpaceX” keçib — şirkətin IPO-su opsionlar daxil olmaqla 85,7 milyard dollar vəsait toplayıb. “Bloomberg” qeyd edir ki, süni intellekt sahəsində fəaliyyət göstərən “Anthropic” və “OpenAI” şirkətlərinin də on milyardlarla dollar həcmində iri IPO-ları gözlənilir. “SK Hynix”in yerləşdirilməsi investor tələbatını və bazarın bu həcmdə emissiyaları qəbul etmək qabiliyyətini qiymətləndirmək baxımından mühüm göstərici olacaq. “SK Hynix” səhmləri Seul birjasında ticarətin yekununda 1% bahalaşıb. Gün ərzində əvvəlki bağlanış qiymətinə nisbətən 4%-ə qədər ucuzlaşan səhmlər sonradan yenidən müsbət zonaya keçib. 2026-cı ilin əvvəlindən etibarən şirkətin səhmləri təxminən 300% bahalaşıb. “Bloomberg” yazır ki, “SK Hynix”, eləcə də “Samsung Electronics” və “Micron Technology” kimi yüksək ötürücülüklü yaddaş (HBM) istehsalçıları qlobal süni intellekt bumunun əsas benefisiarları sırasındadır. Onların məhsulları məlumat emalı mərkəzlərinin genişləndirilməsi üçün kritik əhəmiyyət daşıyır. “Counterpoint Research”in məlumatına görə, 2025-ci ilin dördüncü rübündə qlobal HBM bazarında gəlirlər üzrə “SK Hynix”in payı 57% təşkil edib. ABŞ-də səhmlərini yerləşdirən digər Asiya texnologiya şirkətləri arasında dünyanın ən böyük çip istehsalçısı olan TSMC də var. “Bloomberg” qeyd edir ki, ABŞ listinqi şirkətə xarici investorları cəlb etməyə və xüsusilə “AI rallisi” fonunda bazarın favoritlərindən biri statusunu möhkəmləndirməyə imkan verib. “Pictet Asset Management”in portfel meneceri Con Uittaar bildirib ki, TSMC-nin ADR-ləri yüksək likvidliyə malikdir, Tayvan bazarına nisbətən sabit premiumla ticarət olunur və qlobal investorlar üçün əlçatandır. “SK Hynix” ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) qurumuna məxfi ərizəni mart ayında təqdim edib. Əvvəlcə şirkətin 10 milyard dollara qədər vəsait cəlb edəcəyi gözlənilirdi. TaglaripoSK Hynix Son xəbərlər İnvestisiya Gümüşün qiyməti 2025-ci il dekabrın 9-dan bəri ilk dəfə 60 dollardan aşağı düşüb 24/06/2026 Təhsil Emin Əmrullayev: “Pulsuz təhsil dünyanın heç yerində yoxdur” 24/06/2026 Bank xəbərləri Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi! 24/06/2026 Ölkə xarici Trampın reytinqi 34%-ə düşüb 24/06/2026 Digər xəbərlər İnvestisiya Gümüşün qiyməti 2025-ci il dekabrın 9-dan bəri ilk dəfə 60 dollardan aşağı düşüb 24/06/2026 Təhsil Emin Əmrullayev: “Pulsuz təhsil dünyanın heç yerində yoxdur” 24/06/2026 Bank xəbərləri Yelo Bank-dan mikro bizneslərə yay dəstəyi! 24/06/2026 Ölkə xarici Trampın reytinqi 34%-ə düşüb 24/06/2026