Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssis DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçlə keçiriləcək oyunda komandasının yanında ola bilməyəcək. Fransa və Norveç milliləri I qrupunda mübarizə aparır və hər iki komanda 6 xal toplayaraq artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup liderliyi üçün Fransaya son turda məğlub olmamaq kifayətdir. 57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir.